Yüzlərlə İngilis terrorçuları Suriyada döyüşür
Mьəllif: admin1
Tarix: 30-05-2014, 11:28
Bцlmə: Xəbərlər
Yüzlərlə İngilis terrorçuları Suriyada döyüşür

Yüzlərlə silahlı İngilis vətəndaşı, Suriyadakı İŞİD terrorçu qrupuna qatılaraq Suriya xalqına qarşı döyüşdükləri deyilir.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Yüzlərlə silahlı İngilis vətəndaşı, Suriyadakı İŞİD terrorçu qrupuna qatılaraq Suriya xalqına qarşı döyüşdükləri deyilir.Azad Suriya Ordusu hərbi şura başçısı Abdullah əl-Bəşir ötən gün, yüzlərlə İngilis vətəndaşının İŞİD terrorçu qruplaşması ilə birlikdə bu ölkədə döyüşdüklərini açıqlayıb.

Abdullah Bəşir İŞİD-ə qatılan İngilislərin, müxaliflərinə işgəncə vermək, asmaq və başlarını kəsməklə günahlandırıldıqlarını, fəaliyyətlərinin davamında daha çox cinayət işləyəcəklərini söyləyib.

Azad Suriya Ordusu hərbi şura başçısı ayrıca, İŞİD terrorçu qruplaşmasındakı ən çox xarici terroristin İngiltərəyə aid olduğunu da bildirib.

Məlumata görə, əl-Qaidənin bir qolu ən-Nusra terror təşkilatı Homsun mərkəzində baş verən terror aktının məsuliyyətini boynuna götürüb.

Xatırladaq ki,partlayıcı yerləşdirilmiş iki avtomobilin partlaması nəticəsində,bazar günü şiə və xristianların bölgələrində yaşanan hadisədə ən azı 10 nəfər ölüb, 40 nəfər də yaralanıb.

Cenubnews.com
Oxşar xəbərlər
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031