Nizamsız yuxu ömrü qısaldır
Mьəllif: admin1
Tarix: 24-12-2016, 21:59
Nizamsız yuxu ömrü qısaldır
Mütəxəssislər insanlara yuxunun əhəmiyyətini, nizamlı yuxu üçün ediləcəkləri və yaşlanma ilə bağlı meydana çıxan yuxu pozuntularını danışdı. İnsan ömrünün üçdə biri yuxuda keçir. 90 yaşına qədər yaşayan bir insan orta hesabla 32 il yatır.

Aparılan elmi tədqiqatlar, yuxunun həyatın davamı üçün lazımlı və zərurət olduğunu göstərir.

İnsanların qocalmağa başladıqca yuxusunda bəzi dəyişikliklər baş verir. Qocalıqda qısa yuxular gün ərzində artır. Yuxuya keçid müddəti uzanır. Gecə oyanma tezliyində artım olur, yuxu bölünməyə başlayır. Dərin yuxuya getmə azalır. Bu azalma 50 yaşından sonra qadınlarda 25%, kişilərdə isə 75% müşahidə olunur.
Sağlam yuxu üçün qəhvə vә çayı yatma saatına yaxın qəbul etməyin.

Gec saatda yemək yeməyin, amma ac da yatmayın, həmişə eyni saatda yatın. Səhər yuxudan oyanarkən mütləq ən azı 15 -20 dəqiqə günəş işığı qəbul edin, yataq otağınızın səssiz və qaranlıq olmasına diqqət edin və daima öz yatağınızda yatın.

Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930