Ayətullah Məkarim Şirazi: "Xadicə Xanım barədə deyilənlər yalandır, həqiqət isə..."
Mьəllif: admin1
Tarix: 23-12-2016, 14:53
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi: "Xadicə Xanım barədə deyilənlər yalandır, həqiqət isə..."
İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə görə, İslamın yayılmasında misilsiz rolu olan xanım Xədicəylə bağlı təşkil olunmuş konfransda iştirak edən Ayətullah Məkarim Şirazi, həzrət Xədicənin Peyğəmbərlə (s) evləndiyi vaxt 40 yaşında dul qadın olma faktını yalnış və batil adlandırıb. Bu faktı qətiyyətlə inkar edən Quran təfsirçisi bildirib: “Agah təhqiqatçıların araşdırmalarına əsasən, xanım Xədicənin ailə qurduğu vaxtda 25-28 yaşı olub. Bundan əlavə bakirə olub və Peyğəmbərlə (s) evlilikdən öncə heç kimlə evli olmayıb. Tarixdə Xədicə xanımın həyat yoldaşı kimi tanınan 2 nəfər onun bacılarının yoldaşı olub. O həzrət, iffətdə hamıya nümunə idi. İbni Həcərin yazdığına əsasən, Ona “tahirə” (pak) ləqəbi vermişdilər. Təəssübkeşlər İslam tarixi ilə oynamış və Bəni-üməyyə bunu ən pik həddə çatdırmışdır. Əllamə Əmininin dediyi kimi, Bəni-üməyyə İmam Əli (ə) ilə dost olanlara iftiralar atır və gözdən salırdılar.”
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930