Çoxunuzun bilmədiyi 26 maraqlı fakt
Mьəllif: admin1
Tarix: 6-01-2019, 10:22
Çoxunuzun bilmədiyi 26 maraqlı fakt
Bu faktları bilirdinizmi?

1) Yorğunluq hissi 35-65% böyük ehtimalla gərginlikdən yaranır

2) Ürək-damar sisteminin fəaliyyət aktivliyi maksimum 18 saat, minimum isə 3-4 saatdır.

3) Nəsil artırmanın bioloji keyfiyyətləri 1 uşaqdan 4 uşağa qədər artır, sonra isə azalır.

4) Adi nəfəsalma zamanı insan 500 kub sm, nəfəsli alətdə ifa zamanı isə 3500 kub sm hava qəbul edir.

5) Ağciyərlərin səthi 100 kvadrat metrdir.

6) Ağ ciyərin sol payına nisbətən sağ payı daha çox hava tutur.

7) Böyük adam gün ərzində təxminən, 23 000 dəfə nəfəs alır və verir.

8) Qan plazmasının tərkibi həyatın rüşeymlərinin qoyulduğu suyun tərkibini xatırladır.

9) Ürək bir yığılmada 200 ml qan vurur.

10) Qan böyüklərdə 20-28 san, uşaqlarda 15 san, yeniyetmələrdə isə 18 san tam dövr edir. Qan bədəndə sutka ərzində 1,5-2 min dəfə dövr edir.

11) 1 kub mm dəridə 40 kapilyar, əzələdə 2500, ürək əzələsində isə 4000 kapilyar vardır.

12) Həftədə 3 qüvvət məşqi nisbətən yaxşı effekt verir.

13) Hərəkət aktivliyi norması 7-10 km-dir (10000-14000 addım).

14) İnsan orqanizmində ən güclü əzələ dildir, ürək deyil. Ürək, ən dözümlü əzələdir.

15) Gənc adamın enerji sərfiyyatı 3000 kkal-dır. Bunun 1700-ü əsas maddələr mübadiləsi, 170-i həzm prosesinə, 1130-u isə əzələ işinə sərf olunur.

16) İnsanın saçı həyatı boyu 725 km uzanır.

17) Əl barmaqların dırnaqları ayaqdakı dırnaqlardan təxminən 4 dəfə tez uzanır.

18) Gün ərzində insan bədənindən 33 l buzlu suyu qaynamaq həddinə çatdıran qədər istilik ayrılır.

19) Hesablanmışdır ki, insan bütün həyatı boyu 2,5 t zülal, 1,3 t yağ, 17,5 t karbohidrat ve 75 t su sərf edir.

20) Açıq gözlərlə asqırmaq mümkün deyil.

21) Gündə 1 paket siqaret çəkən insan – ildə yarın fincan qatran içir (müqayisə)

22) İnsanın hər barmağı bütün ömrü boyu, təxminən, 25 mln dəfə bükülür.

23) Qadınlar gözlərini kişilərdən, təxminən 2 dəfə çox qırpır.

24) Diş emalını kobud şəkildə kvarsla müqayisə etmək olar. Hətta kəskin (iti) bıçağın emala vurulduqda kütləşdiyi məlumdur.

25) Dərinin 1 kv sm-ində 100 ağrı nöqtəsi olur, bütün səthdə isə onların sayı milyona yaxındır.

26) İnsanın baş beynində 1 saniyədə 100 000 kimyəvi reaksiya gedir.


AzadXeber.net
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930