Ayağını Kəbəyə söykəyən ədəbsiz Səudiyyə polisinin başı bəlada
Mьəllif: admin1
Tarix: 28-05-2014, 17:40
Bцlmə: Xəbərlər
Ayağını Kəbəyə söykəyən ədəbsiz Səudiyyə polisinin başı bəlada

Bir müddət əvvəl sosial şəbəkələrdə Səudiyyə polisinin ayağını Kəbəyə qoyması şəkli tənqid atəşinə tuş gəlmişdi
İslamazeri.az-ın "Riyad Connekt" portalına istinadən verdiyi xəbərə görə, bu polis haqqında Məkkə əmiri Məşal bin Abdullah bin Əbdüləziz prokurorluğa göstəriş verib.

O, polisin bu hərəkətinin ədəbsizlik və qəbuledilməz olduğunu, hər kəsin müsəlmanların müqəddəs yerlərində ədəbə riayət etməsini vacib adlandırıb.

Məkkə əmiri həmçinin polis rəisinə yeni bir nizamnamə yaradılmasını və Kəbədə insanların buna əməl etməsinin nəzarət ediməsi üçün addım atmasını tələb edib.

Polisin yaxın zamanlarda həbs ediləcəyi gözlənilir.

Qeyd edək ki, Məkkə əmiri bu qərarı müsəlmanlar ölkələrində bu xəbərin geniş yayılmasından və Səudiyyəyə qarşı mənfi fikirlər yaranmasından sonra verib.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031