"Muhəmməd (s) - Allahın elçisi" filmi Azərbaycanda da göstəriləcək - Məcid Məcidi
Mьəllif: admin1
Tarix: 10-12-2016, 22:08
Bцlmə: Xəbərlər
"Muhəmməd (s) - Allahın elçisi" filmi Azərbaycanda da göstəriləcək - Məcid Məcidi
İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri iranlı rejissor Məcid Məcidi deyib.

İslam Peyğəmbəri (s.ə) uğrunda bu il ikinci dəfə təkil olunan "Salavat məşki" adlı festivalın təşkilatçılığını üzərinə götürən, İranlı rejissor Məcid Məcidi, son filmi "Həzrəti Muhəmməd; Allahın elçisi" filiminin İran xaricində göstərilməsilə bağlı deyib: "Sələfi-radikalların səylərinə baxmayaraq bir çox ölkədə bu film böyük çoşquyla izlənildi. Bəzi güclərin fətvalarına baxmayaraq bu film Türkiydə böyük marağa səbəb oldu. İslamın Rusiyaya giriş qapısı sayılan Dağıstanda hazırda ən çox izlənilən filmimiz, yaxın günlərdə Azərbaycan və Çeçenistanda da göstəriləcək və gələcək həftələrdə bu ölkələrin ekranlarına girəcək."

İranlı rejissor açıqlamasının sonunda "Muhəmməd (s) - Allahın elçisi" filminin İraq kinoteatrlarındakı problemlərə baxmayaraq Bağdadda başladıldığını, bəzi ərəb və Asiya ölkələrində də, filmin göstərilməsi üçün müzakirələrin aparılacağını bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930