Peyğəmbərin (s) xüsusiyyətləri – Ayətullah Xamenei
Müəllif: admin1
Tarix: 9-12-2016, 19:03
Bölmə: Xəbərlər
Peyğəmbərin (s) xüsusiyyətləri – Ayətullah Xamenei
Peyğəmbərin (s) fərdi əxlaqı bunlardan ibarət idi.

Əmanətdar, düz danışan, səbirli və zəhmətkeş idi. Mərd idi, hər bir şəraitdə haqqı tapdalanları müdafiə edirdi. Düzgün rəftar edərdi. Onun xalqla rəftarı, doğruluq, sevgi və sədaqət üzərində qurulmuşdur. Danışığı gözəl idi, acıdil deyildi. İsmətli idi, hələ İslamdan öncə və cavanlığında, Ərəbistan ərazisində geniş yayılmış o əxlaqsızlıq mühitində O həzrət, iffət və həyası ilə tanınırdı. Onun ismətli olmasını hamı qəbul edirdi, heç zamanda aludə olmadı. Təmizkar idi, zahiri gözəlliyə və təmizliyə çox önəm verirdi. Geyim və üz-başını təmiz saxlayırdı, hətta rəftarında belə təmizkar idi. Şücaətli idi, düşmənin əzəməti heç vaxt onu qorxutmurdu. Açıq danışan idi, sözünü qorxmadan və sədaqətlə bəyan edirdi. Böyük daxili aləmə malik idi, zahid həyatı yaşayan biri idi. Bağışlayan idi, həm malını həmdə intiqamı bağışlayardı. Yəni intiqam almazdı, güzəşt edib bağışlayardı. Çox ədəbli idi, heç kəsin yanında ayağını belə uzatmazdı. Heç kəsi təhqir etməzdi. Çox həyalı və mehriban idi. Çox güzəşt edən, çox təvazökar və çox ibadət əhli idi.

Sədaladığım bütün bu xüsusiyyətləri, O həzrətin 63 illik ömrü boyu, yetginlik yaşından vəfat edənə qədər müxtəlif formalarda görmək olar.

Ayətullah Seyid Əli Xamenei



www.ahliman.info
Oxşar xəbərlər
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031