Bomba partladı: Filippin prezidentinin 7 mühafizəçisi yaralandı
Mьəllif: admin1
Tarix: 29-11-2016, 15:09
Bцlmə: Xəbərlər
Bomba partladı: Filippin prezidentinin 7 mühafizəçisi yaralandı
Filippinin cənubunda bombanın partlaması nəticəsində prezident Rodriqo Dutertenin 7 mühafizəçisi və iki hərbçi yaralanıb. Hadisə dövlət başçısının bu regiona planlı səfərindən bir gün öncə baş verib.

FaktXəbər-in məlumatına görə, bu barədə Röyters agentliyi xəbər yayıb.

Ölkənin Milli Müdafiə Nazirinin sözlərinə görə, prezidentin əlavə mühafizəçilərinin olduğu yük maşını keçərkən əldəqayırma partlayıcı qurğu işə düşüb. Onun sözlərinə görə, hadisədən sonra atışma olmayıb, yaralılar operativ surətdə xəstəxaya çatdırılıb.

Həmçinin o da vurğulanıb ki, maşın karvanında jurnalistlər də olub. Lakin onlar arasında xəsarət alan yoxdur.
Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930