Morqan Friman: Azan dünyada mövcud olan ən gözəl səsdir (VİDEO)
Mьəllif: admin1
Tarix: 28-11-2016, 10:44
Bцlmə: Xəbərlər
Morqan Friman: Azan dünyada mövcud olan ən gözəl səsdir (VİDEO)
Amerikalı məşhur aktyor və rejissor Morqan Friman deyir ki, Azan dünyada mövcud olan ən gözəl və ən ovsunlayıcı səsdir.

Maide.Az xəbər verir ki, M.Friman hazırda Misirdə “National Geographic” kanalında yayımlanacaq sənədli bir filmin çəkilişini aparır. O Misirli dini ekspertlə danışarkən bu sözləri deyib.

M.Friman dini ekspertdən soruşur ki, müəzzin seçərkən məscidlərdə həmin şəxsin seçilməsi üçün imtahan götürülür?

M.Friman özü də çalışır ki, azanın əvvəlindəki “Allahu Əkbər”i avazla oxusun və zarafatla ekspertdən soruşur onu da azan vermək üçün seçərlər?

Qeyd edək ki, bir müddət öncə M.Friman Londonda İmam Hüseyn (ə) əza məclisində iştirak etmişdi.

“Morqan Friman ilə Allahın dastanı” adlı sənədli film seriyalı ilk dəfə 2016-cı ilin aprel ayında yayımlanıb. İndiyədək bu sənədli filmin 6 seriyası yayımlanıb ki, onlardan ölümdən sonrakı həyat, Allahı tanımaq, Yaradılış, Şeytan və Möcüzələrin gücü kimi seriyaların adlarını qeyd etmək olar. (presstv)


Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930