Çox dil bilmək beyni gücləndirir
Müəllif: Admin
Tarix: 8-11-2016, 19:19
Çox dil bilmək beyni gücləndirir
Elm adamları ikinci bir dil öyrənməyin beyin idmanı olduğunu hesab edirlər.
ABŞ-dakı Şimal-Qərb (Northwestern) Universitetindən olan elm adamları iki və daha çox dildən istifadə etməyin bir beyin məşqi olduğunu və düşünmə bacarıqlarını artırdığını söylədilər.
Aparılan təcrübələr çox dil bilməyin sinir sisteminin səsə verdiyi reaksiyanı dəyişdiryini ortaya çıxardı.
Mütəxəssislər təcrübə zamanı 48 sağlam tələbəni müxtəlif testlərdən keçiriblər. Tələbələrdən 23-ü iki dildə mükəmməl bir şəkildə danışanlar idi.
Elm adamları bağladıqları elektrodlar vasitəsilə fərdlərin beyin dalğalarını müşahidə etdilər.
Səssiz laboratoriya şəraitində hər iki qrupun fərdlərinin beyin dalğaları eyni xüsusiyyətləri göstərdi və səsləri ayırd etməkdə eyni dərəcədə uğurlu oldular.
Ancaq çox səsli bir mühitdə iki dil bilənlərin səsləri ayırd etmək qabiliyyətləri yeganə dil danışanlardan olduqca yüksək olduğu görüldü.
Elm adamlarının fikrincə, iki dil bilənlər eşitmək istədikləri səs ilə digər səsləri bir-birindən ayırmağa daha asan nail olurlar və bu fərqlər beyində görünə bilər. Belə ki, iki dil bilənlərin beyin dalğaları daha hərəkətli olur və bu insanlar ətraflarına daha sürətli reaksiya verirlər.

Deyerler.Org

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031