Hicaba görə işçini işdən çıxaran şirkət məhkəmədə məğlub olub
Mьəllif: admin1
Tarix: 24-10-2016, 13:46
Bцlmə: Xəbərlər
Hicaba görə işçini işdən çıxaran şirkət məhkəmədə məğlub olub
İsveçrə məhkəməsi hicaba görə işdən çıxarılma halını şirkətin əleyhinə həll edib.

İslaminSesi.az Haber7-ə istinadən bildirir ki, 29 yaşlı serb qadın illərdi çalışdığı camaşırxanadan hicab bağladığına görə işdən çıxarılıb. 2015-ci ildən işdən çıxarılan bu xanım məhkəməyə müraciət edib. Bern məhkəməsi xanıma haqq qazandıraraq şirkəti cərimələyib. Şirkət qadına 3 aylıq maaşını və bundan əlavə olaraq 8 min İsveçrə frankı ödəməyə məhkum edilib.

Həmçinin haqsız yerə işdən çıxarılan qadın həmin şirkətdə işlə təmin olunub. Qeyd edək ki, bu xəbər İsveçrə mediasında əks-səda doğurub.
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30