“Qəmə vurub, baş yarmaq İŞİD-çilərin baş kəsməsilə eyni şeydir”
Mьəllif: admin1
Tarix: 30-09-2016, 21:43
Bцlmə: Xəbərlər
“Qəmə vurub, baş yarmaq İŞİD-çilərin baş kəsməsilə eyni şeydir”
"İllər ötdükcə Məhərrəmdə Kərbəla çərgəsi artır və genişlənir. Kərbəla İngilissayağı şiəlyin və İslamın yüngül tutan qəmə vurmağın əleyhinədir”
İslaminSesi TasnimNews-a istinadla xəbər verir ki bunu Məşhəd şəhərinin imam-cüməsi Ayətullah Seyid Əhməd Ələmul-huda bu günün cümə xütbələrində deyib.

Ayətullah Ələmul-huda Məhərrəm ayının gəlməsi ilə ölkədəki bəzi tudəçilərin məhərrəmliklə bağlı iradlarını tənqid edib və bu iradların kommunist fikirli insanlar tərəfindən irəli sürüldüyünü deyib.

Ayətullah Ələmul-huda bununla yanaşı məhərrəmlikdə bəzi xurafatçı əməllər barədə də xəbərdarlıq edib:

“Qəmə vurmaq və İŞİD-in baş kəsməsi eyni şeydir. Düşmən istəyir müsəlmanları qan tökən kimi qələm versin. Keçən il Aşura günü Kərbəlada yenə qəmə vurduqlarını mənə bildirəndə dedim ki, Kərbəladan 50km aralıda İŞİD şiə uşaqlarının başını kəsir. Amma bunlar İŞİD-in bunu etməsinin qarşısını almaqdansa, öz başlarına qəmə vururlar. Müctəhidlər bunu haram ediblər. Çünki bu dini qeyri-ciddi və yüngül göstərir. Bu İngilis şiəçiliyidir”

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930