ATƏT PA-nın müşahidə missiyası Gürcüstana gəlib Böyüt
Mьəllif: admin1
Tarix: 22-09-2016, 14:02
ATƏT PA-nın müşahidə missiyası Gürcüstana gəlib  Böyüt
ATƏT PA-nın müşahidə missiyasının nümayəndələri oktyabrın 8-də keçiriləcək parlament seçkilərdə iştirak etmək üçün Gürcüstana gəliblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ATƏT PA nümayəndə heyətinin tərkibinə Demokratiya, İnsan Hüquqları və Humanitar məsələlər komitəsinin sədri, ATƏT PA-nın xüsusi koordinatoru Xose İqnasio Sançes Amor, Siyasi və Təhlükəsizlik Komitəsinin sədr müavini Qulelmo Pikki, ATƏT PA baş katibi Roberto Montella, ATƏT PA Beynəlxalq Katibliyinin İcra Aparatının rəhbəri Andreas Baker daxildir.

Avropalılar sabah Gürcüstanın siyasi partiyalarının nümayəndələri ilə görüşəcəklər. Nümayəndə üzvləri "Paata Burçuladze - insanlar üçün dövlət", "İrakli Alasaniya - Azad Demokratlar", "Demokratik hərəkat - Vahid Gürcüstan", "Usupaşvili - Respublikaçılar", "Vahid Milli Hərəkat" və "Gürcü arzusu" seçki subyektlərinin rəhbərləri ilə də görüşəcəklər.

Seçkilərdə iştirak etməyi planlaşdırılan ATƏT PA müşahidə missiyasının 23 nümayəndəsi ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin və Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya ilə də görüşləri nəzərdə tutulub.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031