Qədir-Xum münasibəti ilə Ali Rəhbər minlərlə insanı qəbul edib- FOTO
Mьəllif: admin1
Tarix: 20-09-2016, 22:17
Qədir-Xum münasibəti ilə Ali Rəhbər minlərlə insanı qəbul edib- FOTO
Xəbər verdiyimiz kimi, İslamın ən böyük, ən şərəfli və ən fəzilətli bayramı olan Qədir-Xum bayramı günü münasibəti ilə Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün müxtəlif təbəqələrdən olan minlərlə insanı qəbul edib.

Maide.Az xəbər verir ki, Ayətullah Xamenei bugünkü görüşdə Qədir-Xum bayramı münasibəti müsəlmanları təbrik edib və bildirib ki, Qədir hadisəsinin ən önəmli mesajı İslamda hökümәt qaydalarının icrası üçün “İmamətin” təyin edilməsidir. “ Qədir Xum bayramı ən böyük ilahi bayramdır. Bu bayramın bu cür adlandırılmasının səbəbi Qədir hadisəsində baş verən önəmli hadisədir və o İslamda hökumət ölçüləri və qaydalarının təyin olunmasıdır. Elə bu ölçü və qayda islami cəmiyyətdə imamət və vilayətdir ki, Allahın fərmanı ilə İslam Peyğəmbəri (s) vasitəsi ilə elan olunub. Bu qaydanın təyinindən başqa, Həzrət Əli (ə) İmamətliyin misdaqı kimi tanıtıldı”.

Ayətullah Xamenei əlavə edib ki, Qədir hadisəsi İslam cəmiyyətində hökumət qaydasının əsasıdır və İslamın İmamət və Vilayət qaydasından başqa krallıq, şəxsi, bər-bəzək, tamahkar, təkəbbürlü, zadəganlıq və ehtiraslara əsaslanan hökumət modellərini qəbul etmədiyini əks etdirir.

Əmirəl-möminin Həzrət Əlinin (ə) özünəməxsus xüsusiyyətləri, xüsusilə onun hökumətinin ədalət, insaf, cəmiyyəti təqvaya hidayət etmək, dünyanın puç və batil vasitələrindən uzaqlaşdırmaq kimi xüsusiyyətlərinə toxunan Ayətullah Xamenei bildirib ki, dərin iman, İslamda öncüllük, İslam yolunda fədakarlıq, ixlas, fədakarlıq və güzəşt bu böyük imamın mənəvi və insani xüsusiyyətlərindəndir.

Ayətullah Xamenei Qədir məsələsinin əhəmiyyətinin bəyanında, risalətin elan olunmasının imamın elan olunması çərçivəsində olmasına dair Allahın əziz peyğəmbərə (s) əmrinə toxunaraq deyib: "Bu İslam inancı möhkəm əsaslara və zərbə vurulmayacaq faktlara əsaslanır. Amma bu inanca sadiq qalmaq və onu bəyan etmək sünni qardaşların emosiyalarının təhrikinə səbəb olmamalıdır. Çünki bu iş Məsumların (ə) sünnəsinə ziddir".

Ayətullah Xamenei İslam dünyasında birliyin əhəmiyyətindən danışıb və bildirib ki, digər İslam məzhəblərinin Şiə adına emosiyalarının təhrik olunması əslində "ingilis şiəçiliyidir". Onun nəticəsidir ki, Amerika və İngiltərənin cəsus şəbəkələrinə bağlı İŞİD və Nüsrə Cəbhəsi kimi muzdurlar ortaya çıxır ki, bölgədə böyük cinayətlər və fəlakətlər törədirlər.

Ayətullah Xamenei bildirib ki, hazırkı şəraitdə düşmənin əsas məqsədi xalqı İslam quruluşuna qarşı qaldırmaq və narazı salmaq məqsədi ilə İran iqtisadiyyatında problem törətməkdir. “Dəfələrlə Müqavimət İqtisadiyyatının reallaşmasını vurğulamışam. Belə şəraitdə, hökumət, parlament, müxtəlif qurumların rəsmiləri və xalq kütlələrinin vəzifəsi düşmənin məqsədləri qarşısında proqramlar tənzimləməli və icra etmsidir”.

Ayətullah Xamenei İslamın canlanması və dinin bərpası üçün dayanmadan səy göstərən saysız gənclərin bərəkəti hesabına İran İslam Respublikasının ümumi hərəkətini müsbət adlandırıb və deyib ki, bu gənclər hər bir düşməni, o cümlədən ABŞ və sionist rejimi diz çökdürəcəklər.⁠⁠⁠⁠


Qədir-Xum münasibəti ilə Ali Rəhbər minlərlə insanı qəbul edib- FOTO
Qədir-Xum münasibəti ilə Ali Rəhbər minlərlə insanı qəbul edib- FOTO
Qədir-Xum münasibəti ilə Ali Rəhbər minlərlə insanı qəbul edib- FOTO
Qədir-Xum münasibəti ilə Ali Rəhbər minlərlə insanı qəbul edib- FOTO


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930