Dünyanın ən güclü paralimpiya idmançısı "Ya Allah" deyərək 310 kq çəkini qaldıran iranlı seçildi (Video)
Mьəllif: admin1
Tarix: 16-09-2016, 09:49
Bцlmə: Xəbərlər
Dünyanın ən güclü paralimpiya idmançısı "Ya Allah" deyərək 310 kq çəkini qaldıran iranlı seçildi (Video)
İranlı Siamand Rəhman dünyanın ən güclü paralimpiya idmançısı adına layiq olub.


Deyerler.org euronews-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı Rio-2016 Paralimpiya oyunlarında ağır atletika üzrə dünya rekordunu qırmağı bacarıb. Rəhman 310 kq-lıq ştanqı qaldırmaqla qızıl medal qazanıb


Universitetdə hüquq üzrə 2-ci kurs tələbəsi, 169 kilo çəkili Siamand Rəhmanın qarşıdakı hədəfi isə dünya ştanq rekordunu qırmaqdır. Bu rekord 335 kilo qaldırmağı bacaran Rusiyalı idmançı Kirill Sariçeyevə məxsusdur.


Siamand Rəhman İngiltərənin paytaxtı Londonda keçirilən 2012-ci Paralimpiya oyunlarında və Çinin Quanqjou şəhərində keçirilən 2010-cu Asiya Paralimpiya oyunlarında da qızıl medal əldə etmişdi.



Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031