Böyük Britaniya səfiri İslam dinini qəbul edib həcc ziyarətini yerinə yetirdi
Mьəllif: admin1
Tarix: 15-09-2016, 22:01
Bцlmə: Xəbərlər
Böyük Britaniya səfiri İslam dinini qəbul edib həcc ziyarətini yerinə yetirdi
Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kollins İslam dinini qəbul etdikdən sonra, ilk dəfə Kəbəni ziyarət edib.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfirinin həyat yoldaşı Xuda Kollins Feyziyyə Twitterdəki səhifəsində açıqlama verib: "Bu tarixdə ilk dəfə bir Britaniya səfirinin İslam dinini qəbul etdikdən sonra, həcc üçün Məkkəyə ziyarətidir".

Qeyd etmək lazımdır ki, Saymon Kollins 2015-ci ildə Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri təyin olunana qədər uzun müddət Birləşmiş Krallığı Suriya, İraq, Bəhreyn və Qətərdə təmsil edirdi. Böyük Britaniya diplomatının və xanımının 5 övladı var.


Deyerler.org
Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930