15 yaşlı müsəlman qız hicablı emojilərin yaradılması üçün kampaniyaya başladı
![]() Deyerler.org BBC-yə istinadən xəbər verir ki, Almaniyada yaşayan Əlhumədi sosial şəbəkə və mesajlaşma proqramlarında tez-tez istifadə edilən emojiləri hazırlayan "Unicode Consortium" adlı vətəndaş cəmiyyəti təşkilatı yeni emoji təkliflərini təqdim edib. Əgər yeni emojilər təsdiq olunarsa, 2017-cu ildəm etibarən bir çox sosial platformada istifadəyə verəcək. Emoji layihələrilə bağlı bir məqalə oxuyan Rayuf Əlhumədi, hicablı emoji təklifini Unicode təklif edib. Fikri bəyənən Unicode əməkdaşlarından biri təklifin daha da rəsmiləşməsi və nəzarət qurumuna təqdim edilməsi üçün Rayufa kömək edib. Rayuf göndərdiyi ilk məktubunda niyə hicablı emoji istədiyini aşağıdakı kimi açıqlayıb: "Hər şeyin rəqəmsallaşdığı bir dünyada yaşayırıq. Artıq hər cür vizual ünsiyyətin əvəzolunmaz bir hissəsinə çevrildi. Dünyada bu qədər çox müxtəliflik olduğu üçün, bizim də bir formada təmsil olunmağımız lazımdır. Hicablı emoji fikrini müzakirə etməliyik". Rayufun təklifinə Reddit saytının qurucularından Aleksis Ohanian dəstək verib. Ohanian sentyabrın 13-də Reddit saytında hicablı emoji məsələsini canlı müzakirəyə çıxarıb və Reddit istifadəçilərinə Rayufa istədikləri sualları yönəltmək imkanını təmin edib. Bəzi iştirakçılar fikri bəyənsə də, bəziləri isə buna qarşı olub. Rayuf və onunla birlikdə işləyən qrup hicablı emoji təklifinin son versiyasını noyabr ayında Unicode şirkətinə təqdim edəcək. Deyerler.Org Oxşar xəbərlər
|