Böyrəklər üçün ən ziyanlı 5 QİDA
Mьəllif: admin1
Tarix: 13-09-2016, 20:55
Böyrəklər üçün ən ziyanlı 5 QİDA
Böyrəkləri sağlam saxlamaq üçün aşağıda sadaladığımız qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır.
Bu qidalar arasında:

1. Duzlu qidalalar, şorabalar və s. Duz orqanizmdə suyu saxlayır ki, bu da böyrəklərə olan gərginliyi artırır. Duzlu qidaların tez-tez qəbulu böyrək daşı xəstəliyinin inkişafına təkan verir.

2. Zülallarla zəngin olan qidalar. Zülalların qidalanmamızda olması çox vacibdir. Zülallar orqanizmin əsas "tikinti materialı"dır. Lakin belə qidaların həddindən artıq qəbulu böyrəklər üçün çox ziyanlıdır və böyrək daşı və digər böyrək xəstəliyiklərinin inkişafına səbəb ola bilər.

3. Purin maddələri ilə zəngin qidalar - ət və balıq konservləri, heyvanların içalatı, yağlı bulyonlar və s. Purin maddələrin dağılması nəticəsində çoxlu miqdarda sidik turşusu əmələ gəlir. Sidik turşusunun orqanizmdə artıqlığı podaqra xəstəliyinə, böyrəkərdə və sidik kisəsində daşların əmələ gəlməsinə səbəb olur.

4. İspanaq və turşəng. Az miqdarda qəbul olunduqda bu göyərtilər orqanizm üçün faydalıdır. Lakin bu göyərtilərin çoxlu miqdarda və tez-tez qəbulu böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.

5. Çox ədviyyatlı qidalar. Ədviyyatlar çox faydalıdır. Onlar güclü iltihab, mikrob və xərçəngəleyhinə təsirə malikdir. Lakin ədviyyatlardan süi-istifadə etmək olmaz. Qidalanmada ədviyyatların artıqlığı böyrəklərə qıcıqlandırıcı təsir edir və vaxt keçdikcə müxtəlif pozulmalara gətirib çıxarda bilər.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930