"Dəqiq, elmi və ölçülmüş statistika və məlumatlar" İran üçün qərarların verilməsində əsas sütundur
Müəllif: admin1
Tarix: 13-09-2016, 20:40
Bölmə: Xəbərlər
"Dəqiq, elmi və ölçülmüş statistika və məlumatlar" İran üçün qərarların verilməsində əsas sütundur
İslam İnqilabının Böyük Rəhbəri dəqiq, elmi və ölçülmüş statistika və məlumatları İran İslam Respublikası üçün yetərli qərarların verilməsində əsas sütun adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü Əhalinin və Mənzillərin Sayılması Qərargahının rəsmilərini, İranın Mərkəzi Statistika direktorlarını və Ali Şurasının üzvlərini qəbul ediblər. Əhalinin sayılması layihəsinin əhəmiyyətini qeyd edən İnqilab Rəhbəri vətəndaşlara üzünü tutaraq deyib: Bütün İran vətəndaşları bu layihədə ciddi şəkildə iştirak etməlidirlər.

İnqilab Rəhbəri əlavə ediblər: İran vətəndaşları ölkədə düzgün, yerində və yararlı qərarların verilməsi üçün, bu önəmli layihədə iştirak etməklə yanaşı ehtiyac duyulan statistika və məlumatları dəqiq şəkildə statistika qurumlarına verməlidirlər.

Həzrət Ayətullahülüzma Xamenei İranda statistika qurumlarının rəhbərliyinə xitabən bildiriblər: Statistikalarda da mövcud vəziyyət bəyan olunmalı, dəyişikliklər prosesi müəyyənləşməlidir ki, dəyişikliklər sürətinin çox yuxarı olduğu hazırkı dövrdə ölkə rəsmiləri proseslərin dəyişikliyindən xəbərsiz qalmasınlar.

İslam İnqilabının Böyük Rəhbəri ölkədə elm təməlli iqtisadiyyatda statistikanın əhəmiyyətinə toxunaraq deyiblər: Ölkənin inkişaf yolu olan elm təməlli iqtisadiyyat savadlı və yaradıcı insan resursuna arxalanıb və aydınlaşmalıdır ki, iqtisadiyyat və texnikanın hər bir sahəsində hansı sayda gənc və istedadlı kadr çalışır və fəaliyyət göstərir.

Həzrət Ayətullahülüzma Xamenei Müqavimət İqtisadiyyatında statistikanın rolunu təyinedici adlandırıb və əlavə ediblər: Ölkənin problemlərinin həqiqi əlac yolu müqavimət iqtisadiyyatıdır və əgər dünyanın bütün yolları da açılarsa, iqtisadiyyat daxildən qaynaqlanmazsa, sonda bu proses məğlub olmuş prosesdir.

İnqilab Rəhbəri həmçinin 20 illik perspektiv sənədi və İranın makro siyasətləri kimi önəmli sənədlərin nəticələrinin dəyərləndirilməsini statistika mərkəzinin əsas vəzifələrindən adlandırıb və xatırladıblar: Statistika mərkəzi həm siyasətlərin reallaşmasını araşdırmalı, həm də siyasətlərin icrasının nəticələri barəsində rəyini bildirməlidir. Belə ki, nəticələrin ürəkaçan olmadığı halda siyasətlərə yenidən baxılsın və islah edilsin.


Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031