Ərəbistan və "İsrail" builki həccdə təhlükəsizlik əməkdaşlığı edir
Mьəllif: admin1
Tarix: 11-09-2016, 21:43
Bцlmə: Xəbərlər
Ərəbistan və "İsrail" builki həccdə təhlükəsizlik əməkdaşlığı edir
Xəbər dairələri builki Həcc mərasiminin təhlükəsizliyini təmin etmək üçün Ərəbistan və İsrail rejiminin təhlükəsizlik əməkdaşlığından xəbər veriblər.

Frans Pressin məlumatına görə, Mina faciəsinin təkrarlanmasının qarşısının alınmasını iddia edən Ərəbistan builki həccin təhlükəsizlik tədbirlərini artırıb. Belə ki, bir İsrail şirkətinin istehsal etdiyi elektron qolbaqlar hacıların qoluna taxılır. Həmin qolbaqlarda zəvvarın şəxsi və tibbi məlumatlar vardır.

Məlumata görə, Ərəbistanda müqəddəs məkanlarda 800 kamera quraşdırılıb.

İsrail radiosu bildirib: Ərəbistanın İsrailin G4S şirkəti ilə müqavilə imzalaması ardınca, hacılar Ərəbistan aeroportlarına daxil olduğu zamandan ölkələrinə qayıtdığı zamana qədər İsrailin elektronik qolbaqları ilə nəzarətdə olacaqlar.

Builki Həcc mərasimi bəzi islam ölkələri, o cümlədən İran, Yəmən və Suriyadan hacılar olmadan keçirilməkdədir.

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30