Zəm-zəm suyu - Hələ də çözülməyən möcüzə
![]() Qaynağı tapılmayan bu su dənizdən 80 kilometr uzaqda olmasına və ətrafda heç bir quyunun olmamasına rəğmən illərdir qurumur. Bu da araşdırmaçıları heyrətdə saxlayır. Səudiyyədə 30 ildir Zəm -Zəm suyu araşdırması institutu var. Avropada aparılan araşdırmalara əsasən, suyun tərkibində çox az kükürd var. Hər il Həcc mövsümündə quyudan 1 milyon kubdan çox su çəkilməsinə baxmayaraq qətiyyən azalma yoxdur. ABŞ-da aparılan araşdırmaya əsasən isə tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə sudur. WHO tərəfindən bildirilib ki, dünyanın ən içməli və təmiz suyu Zəm-zəmdir. Müqəddəs torpaqlarda qaynayan sudur. Baş və göz ağrısına şəfadır. Nə niyyətlə içilirsə, ona dərman olur. Susuzluğu öldürəndir. Çöldə ziyarətçilərə çox yardımçı olur. Bu suyun 4 min illik tarixi var. Mədə xorası və qaraciyər xəstəliklərinə şəfadır. Ən ümdəsi isə odur ki, yapon aliminin Zəm-zəm suyu ilə etdiyi elmi eksperiment dünyanı bir daha bu suyun möcüzəsi qarşısında heyrətdə buraxdı. Oxşar xəbərlər
|