İllərin rahibini kilsədən ayıran İslam sevgisi
Mьəllif: admin1
Tarix: 30-08-2016, 22:33
Bцlmə: Xəbərlər
İllərin rahibini kilsədən ayıran İslam sevgisi
"Əhli-Beyt yolunu dərhal seçdim, çünki əhli-sünnə kitabları belə Hz. Əlinin ədalətindən bəhs edirdi. Axı, dini uşaq yaşlarından Peyğəmbərin (s) yanında öyrənən, onun yolunu gedən insandan yaxşı kim bilə bilərdi?! Necə deyərlər, bu, ana südü ilə bərabər onun qanına yeriyib. O, Peyğəmbərin (s) hər an yanında olub, hər nəfəs alışında onu təqib edib. Mən təsəvvür edə bilmirəm ki, Hz. Əlinin rolunu görməmək və qəbul etməmək üçün nə dərəcədə kor olmaq lazımdır."
İslaminSesi sizə keşişin kilsədən qopub İslamı necə seçməsinin möhtəşəm tarixçəsini təqdim edir.

"Mən İslamı necə qəbul etdim?

Mən İslamı 13 il əvvəl qəbul etmişəm, amma tam kamil qəbula gedən yol bir neçə il çəkdi. Bu din haqqında ilk etibarlı informasiyanı iki dostum əkiz qardaşlardan - Həsən və Hüseyndən eşitmişəm. Onlar Xarkov akademiyasında təhsil alırdılar. Əslən Livanlı idilər. Səmimi və mehriban insanlar idilər. İstənilən vəziyyətdə yardıma hazır olan insanlar idi. Onların bu davranışları, onların daxilindən saçan nur məni cəlb etdi. Mən əvvəllər yan keçdiyim bu dinlə maraqlanmağa başladım. Mən o dövrdə xristian idim. Hətta Ukrayna provaslav kilsəsinin Kiyev patriarxının rahibi idim. Həmin an kilsə tarixi və teologiyanın tədqiqi məni xristianlığımın dəyişilməsi fikrinə gətirib çıxardı. Xristian doktrinası iki yerə bölünür: İlkin dövrlər və sonra. Məsələn: Üç üqnum ilk Yevangiliyada yoxdur, sonrakı müəlliflərin əsərlərində - Tetdulyanın əsərlərində var. O da özlüyündə çox çətin bir yol keçərək monoteizm yolunu seçir. Bu qəbildən olan tədqiqatlar məni bir suala gətirib çıxardı: Hal-hazırda ibadət etdiyimiz xristianlıq İsa Məsihin bizə gətirdiyi xristianlıqdırmı? Mən axtarmağa başladım. Mütəmadi olaraq dinləri öyrənməyə başladım. Mənə, necə deyərlər ilk informasiyanı verən bu qardaşlar sayəsində (həmin qardaşların timsalında ədaləti, haqqı və səmimiliyi görürdüm) bu din məni maraqlandırmağa başladı. Mən öyrənməyə başladım və haradasa 2 il sonra İslamı qəbul etdim.

Mən İslamı qəbul etdim, çünki başqa çıxış yolum yox idi. Çünki qəlbim də, təfəkkürüm də bunun həqiqət olduğunu deyirdi. Yalnız vərdişlərim və əvvəldən sahib olduğum biliklər bir qədər bunu qəbul etmə addımını ləngidirdi. Çünki bunu qəbul etmək səy tələb edirdi. Ona görə Allahdan mənə yol göstərməsini xahiş etdim, çünki insanlar nə qədər ədalətli olsalar da, onlar insandırlar. Ona görə də belə qərarı vermək üçün sanballı təmələ söykənmək lazım idi. Maraqlısı budur ki, mənəvi gərginliyimin son həddində yuxu gördüm. Bu yuxuda mənim bütün həyatım əks olunmuşdu. Yuxu kifayət qədər alleqorik olsa da, çox aydın idi. Üstündən 10 ildən çox keçməsinə baxmayaraq yuxunun bütün detalları yadımdadır. Bu, hətta röya və gerçəklik arasındakı incə sərhəd idi. Mən qorxulu bir yerdə, alaq basmış bir sahədə gördüm özümü. Daxilimdən bir səs ora getməli olduğumu deyirdi. Qorxduğum halda ora getməli olduğumu bilirdim. Həmin bağa gedirəm. Ətrafımı nəzərdən keçirirəm, saat əqrəbinin əksinə gəzirəm. Tikanlı kollar məni getməyə qoymurdu, lakin addımbaaddım yolum yüngülləşirdi. Əvvəlki zülmət parlaq nur ilə əvəzlənmişdi. Qorxduğum o şər xeyirlə, qaranlıq isə nurla əvəzlənmişdi. Sağ əlimdə kitab var idi. Kitabın son səhifəsində hərfləri pozuq şəkildə İncil, ilk səhifəsinə isə Quran yazılmışdı. Bu yazı sanki projektordan işıq saçaraq yolumu işıqlandırırdı. Bu an mən ayıldım. Artıq nə etməli olduğum haqqında heç bir şübhəm yox idi.

Ramazan vaxtı idi. Xarkovda bir Şeyx var idi. Qardaşlar onu dəvət etmişdilər. Həmin şeyxlə qısa söhbətdən sonra mən seçimimin tamamilə doğru olduğuna bir daha əmin oldum. Mən həmin şəhadəti gətirdim. O elə bir hiss idi ki, sanki çiyinlərimdə qanadlarım bitmişdi. Ruhum elə dincəlmişdi ki…

Əhli-Beyt yolunu dərhal seçdim, çünki əhli-sünnə kitabları belə Hz. Əlinin ədalətindən bəhs edirdi. Axı, dini uşaq yaşlarından peyğəmbərin yanında öyrənən, onun yolunu gedən insandan yaxşı kim bilə bilərdi?!... Necə deyərlər bu, ana südü ilə bərabər onun qanına, canına yeriyib. O, Peyğəmbərin (s) hər an yanında olub, hər nəfəs alışında onu təqib edib. Mən təsəvvür edə bilmirəm ki, Hz. Əlinin rolunu görməmək və qəbul etməmək üçün nə dərəcədə kor olmaq lazımdır.

İndi illər sonra Kərbəlaya baş çəkə bilmişəm. Əminəm ki, bu illər ərzində gələ bilməməyimin də bir izahatı var. Bu torpaqlarda gəzərkən inanmağım gəlmir ki, imamlarımızın gəzdiyi yerdə gəzə bilmək mənə qismət olub. Mən Ukraynaya qayıdandan sonra Kərbəlada gördüyüm bu duyğulu anları mütləq insanlarla paylaşacağam. Onlara balaca uşaqların belə insanlara su daşıdığını, insanların qonaqpərvərliyini deyəcəyəm. Bizim imamlara olan sevgimiz alovlanmalı və digər qəlblərə də keçməlidir ki, qeybdə olan ağamızın gəlişini tezləşdirək.

O ki, qaldı digər dinlərin nümayəndələrinə yalnız bunu deyə bilərəm ki, insanlar bilmədiklərindən qorxarlar. Mən öyrənməyi təklif edirəm. Bir-birini tanımaq qəlblərdəki qorxunu uzaqlaşdırar. Peyğəmbərimiz (s) buyurub ki, hətta Çinə getməli olsanız belə, elm dalınca gedin. Quranda bir çox ayələr var. Bütün hər şey barədə məntiqlə fikir yürütmək lazımdır. Mən onlara İslam dinini Hz. Əlinin kəlamları vasitəsi ilə öyrənmələrini, tolerant olmağı tövsiyyə edərdim.

Hətta sizə bir misal deyim: Keçən il bura İmam Hüseynin (ə) mövlud gününə provaslav rahib gəlmişdi. O, mənim universitet dövrümdən dostumdur. Onu Uca Allahın izni ilə bura gətirə bildim. Onun təfəkküründə çevriliş baş verdi. O, mənə indiyə kimi tamamilə başqa şeylər düşündüyünü, indi isə bu düşüncələrin tamamilə dəyişdiyini söylədi. İndi o bizim yanımıza tez-tez gəlir. Məsciddə xütbələri dinləyir. Bu yaxınlarda Məhərrəm ayında öz yepiskopu ilə - Xarkov-Kiyev patriarxının yepiskopu Nitrofanla gəlmişdi. O, xütbəni dinlədi, çıxıb gedəndə isə dedi ki, sizin dininiz mərhəməti öyrədir. Xristianlar düşünür ki, yalnız xristian dini mərhəmət dinidir. Düşünürəm ki, yalnız təfəkkür və mərhəmət insanın həqiqəti tapmasına yardımçı ola bilər.

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30