Danimarkada ilk "qadın məscidi" açılıb
Mьəllif: admin1
Tarix: 30-08-2016, 22:11
Bцlmə: Xəbərlər
Danimarkada ilk "qadın məscidi" açılıb
İslamazeri.az-ın "islam-today"-ə istinadən verdiyi xəbər əsasən, bu günlərdə Danimarkanın paytaxtı Kopenhagendə "Məryəm" adlı ilk "qadın məscidi" açılıb.

Bu müsəlman məbədinin xüsusiyyəti ondan ibarətdir ki, oranın işçiləri (idarə edənləri) qadınlardır: Şirin Xanxan və Salihə Mari Fəttəh. Müsəlman xanımlar cümə namazına başçılıq ediblər.

Qeyd edək ki, namazda müsəlman xanımlarla yanaşı, digər dinlərin təmsilçiləri də iştirak ediblər. Ümumilikdə ibadətdə iştirak edənlərin sayı təxminən 60 nəfər olub.

"Müsəlman və qeyri-müsəlman xanımlar yan-yana ibadət edirdilər. Mən belə bir şeyi ilk dəfə idi ki, müşahidə edirdim.", – namazdan sonra Şirin Xanxan bildirib.

Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031