Qədri bilinməyən iki nemətdən biri...
Mьəllif: admin1
Tarix: 30-08-2016, 22:07
Bцlmə: Xəbərlər
Qədri bilinməyən iki nemətdən biri...
Ali Rəhbər Ayətullah Xamenei dövlət heyəti ilə görüşdə buyurub:

"Həmd olsun Allaha, bu gün məmləkətin etibarlı təhlükəsizlik sipəri var. Yaxşı baxın, görün dörd tərəfimizdə nələr baş verir. Şərqimiz Əfqanıstandır, hadisələr cərəyan edir. Pakistanda da belədir. Qərbimizdə İraq, Suriya, Yəməndə, Qərbi-Asiyada hadisələri görürsünüz. Liviyada, Misirdə vəziyyətə baxın. Bütün bunlara baxanda anlayırsan ki, Allah bizə necə böyük nemət verib. Bu təhlükəsizlik sipəri ölkəni əhatəyə aldığından təhlükələrdən amandayıq. Təhlükəsizlik baxımından xalq rahat yaşayır. Məsullar xalqla görüşdə bu barədə danışsın, çünki təhlükəsizlik qədri bilinməyən iki nemətdən biridir (Peyğəmbər (s) buyurur ki, sağlamlıq və təhlükəsizlik qədri bilinməyən iki nemətdir). Nə qədər ki, asayiş var, onun qədrini bilən olmur. Evdən işə, məktəbə, universitetə, bir şəhərdən o birinə gedəcəyin yol təhlükəli olsa bilərsən. Şükür Allaha, ölkədə sabitlik, asayiş var. Bu asayiş keşikçilərinin, təhlükəsizlik qüvvələrinin zəhmətləri sayəsindədir. Onlara təşəkkür etmək, onları gücləndirmək lazımdır". (vilayet.info) /

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930