Ayətullah Xamenei: Fitnə başçılarından birinə dedim sizdən istifadə edəcəklər, anlamadı...
![]() İmam camaatlarda haqda danışan Ayətullah Xamenei "İmam camaatın vəzifəsi haqq və ədalətin bərpası və eləcə də dini hökmləri təbliğidir. Məscidin imamlığını etmək çox mühüm bir işdir. Bu vəzifənin haqqı, lazımı həddə məsciddə iştirak etmək, keyfiyyətli namaz təşkil etmək, xalqla danışmaq və cavanların suallarına cavab verməklə, layiqincə ödənilməlidir.”, -deyə əlavə edib. Düşmənin hiylələrinin uğursuz və nəticəsiz olduğuna toxunan Ayətullah Xamenei bildirib: “İnqilabi islam və islam inqilabı sayəsində imperialist qüvvələrin əsas hədəfləri nəticəsiz qalmışdır. Xalqın imanı və islama bağlılığı olmasaydı, İran da digər ölkələr kimi ABŞ-ın çətiri altına girərdi. Onlar mədəniyyəti və xalqın əqidəsini zəyiflətmək üçün, cavanların imanını hədəfə alırlar. Bütün cəhdlərinə baxmayaraq bugünün cavanı, inqilabın əvvlində olan cavanlardan daha inkişaf etmişdirıər.” Təhlil qüvvəsinə sahib olmağın zəruriliyinə işarə edən İnqilab rəhbəri deyib: “7 il öncə ölkədə baş verən fitnə və qarşıdurma zamanı, fitnə başçılarından birinə dedim ki, siz zahirdə dövlətlə olduğunuzu və yalnız seçki məsələsində etiraz etdiyinizi bildirirsiniz. Lakin bilin ki, bu hərəkatın idarəçiliyi düşmənin əlinə keçəcək və sizdən istifadə edəcəkdir. Onlar mənim bu sözlərimi anlamadılar və hamı gördü ki, seçkilər düşmənin alətinə necə çevrildi.” Oxşar xəbərlər
|