Ayətullah Xamenei Türkiyədəki çevriliş cəhdinə münasibət bildirdi
Mьəllif: admin1
Tarix: 1-08-2016, 19:14
Ayətullah Xamenei Türkiyədəki çevriliş cəhdinə münasibət bildirdi
“Son dövrdə Türkiyədəki hadislərlə bağlı tutarlı ittihamlar vardır ki çevriliş amerikalıların planı ilə həyata keçirirlib. Əgər bu məsələ sübuta yetsə Amerika üçün tarixi rüsvayçılıq olacaq. Amerikalılar islam və islam meyilli olmağın əleyhinədirlər. Türkiyədə islama meyilliyin başlaması bu çevrilişin planlaşdırılmasına səbəb olub. İraq və Suriyadakı kimi onlar Türkiyədə də zəifləyəcəklər”.

İslaminSesi khamenei.ir-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabının Ali lideri ayətullah Seyyid Əli Xamenei bu gün Tehranda İran ictimaiyyət nümayəndələrini qəbul edərkən deyib.

İranın müxtəlif ictimaiyyət təbəqələri qarşısında çıxış edən ayətullah Seyyid Əli Xamenei bölgədə baş verən problemlərin kökündə ABŞ planlarının durduğunu deyərək, böyük ehtimalla Türkiyədəki son hadisələrin də onlar tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.

Ayətullah Xamenei son zamanlar Səudiyyənin İsraillə əlaqələri normallaşdırmaq cəhdlərinə də toxunub və bunu islama qarşı böyük xəyanət adlandırıb.

Ali lider nüvə anlaşması ilə bağlı xüsusilədə ABŞ-ın öhdəlikləri ilə bağlı narahatçılığını bildirib və ABŞ tərəfindən öhdəliklərin yerinə yetirilmədiyini də bəyan edib.

Ayətullah Xamenei bu çıxışda heç bir məsələdə ABŞ-a etimad və etibar etmək olmaz ifadəsini yenidən təkrarlayıb və Həsən Ruhani administrasiyasının rəsmilərinə nüvə anlaşması və onun davamiyyəti barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031