İmam cümə Ayətullah Xameneiyə qarşı sui-qəsddən, Bəhreynin Pəhləvi bənzərliyindən danışdı
Mьəllif: admin1
Tarix: 26-06-2016, 00:23
Bцlmə: Xəbərlər
İmam cümə Ayətullah Xameneiyə qarşı sui-qəsddən, Bəhreynin Pəhləvi bənzərliyindən danışdı
İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, sözlərinin əvvəkində orucluq ayının fəzilətinə toxunan imam cümə bildirib: “Orucluq ayı cism üçün məhdudiyyət gətirsə də, ruha azadlıq bəxş edir. Qədr gecəsi ölçü geəsidir. Bu gecə həssas bir gecədir və qəflət edərsək ziyana düşərik.”

Sözlərinin davamında, illər öncə Ayətullah Xameneiyə qarşı təşkil olunan terror hadisəsinə toxunan imam cümə “Allah o gün bizə lütf edərək, rəhbərimizin canını qorudu. Onun sağlam qalma hikməti bu idi ki, inqilab gəmisi İmam Xomeynidən sonra palçıqda dayanmasın və Ayətullah Xameneinin dahiyanə rəhbərçiliyi ilə zühur sahilinə yetişsin.”, -deyə bildirib.

Bəhreynin nüfuzlu ruhanisinin vətəndaşlığının ləğv olunmasına münasibət bildirən höccətülislam Siddiqi deyib: “Bu addım Ali-Xəlifə rejiminin çarəsizliyinin və zillətinin göstəricisidir. Bu rejim elə bir rejimdir ki, xalq onu qəbul etmir. Xalqa xidmət etməli olan bi hakimiyyət, xalqa xəyanət edir. Bəhreyn xalqı qanuni olaraq öz seçim hüquqlarının olmasını istəyirlər. Bu, Bəhreyn xalqının demokratiyadan dəm vuran dünyadan istədiyidir. ABŞ insan haqları təşkilatları 5 ildir ki, xalqın sivil və yorulmaz addımlarının mərmi ilə cavablandığının şahidi olur. Bu ölkədə alimlər həbs edilir. Şeyx Salman 9 il həbsə məhkum edilir, ölkənin mənəvi rəhbərinin isə vətəndaşlığı əlindən alınır. Təşkilatlar bütün bunara baxmayaraq yenə susur. Biz, Şeyx İsa Qasimə qarşı atılan son addımı məhkum edirik. Sizin bu addımınız, İran şahının addımlarına bənzəyir. Şah, nə qədər öldürsə və həbs etsə də, nəhayətdə özü zəiflədi və qaçdı. Bilin ki, bu aqibət sizi və Ali-Səudu da gözləyir.”

Yəhudi xaxamın fələstinlilərin suyunu zəhərləmə fətvasına da münasibət bildirən Siddiqi “Bu zorakılığa, daşürəkliliyə, vəhşiliyə lənət olsun. Musanın (ə) yolunu getməyə iddialı olanlara lənət olsun. İnsan haqlarından yalandan dəm vuranlara lənət olsun.”, -deyə əlavə edib.

Sonda Səud rejiminin BMT-nin qara siyahısından çıxarılma məsələsini yenidən gündəmə gətirən imam cümə deyib: “Onlar uşaq qatili olan bir rejimi qara siyahıya əlavə edib, bir gün sonra pul müqabilində yenidən çıxarırlar. Bu addımla əbədi rüsvayçılığı qazandılar. BMT qüdrət və iqtidara sahib olmalıdır, lakin zillət, bədbəxtçilik, şəxsiyyətsizlik və əsassızlığa sahibdirlər.”


Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30