Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Şeyx İsa Qasim kimdir?

Şeyx İsa Qasim kimdir?

Şeyx İsa Qasim kimdir?
Bəhreyn rejimi tərəfindən vətəndaşlıqdan məhrum edilən ayətullah şeyx İsa Qasim kimdir?

Şeyx İsa Qasim 1938-ci ildə Bəhreynin əd-Dərraz adlanan bölgəsində ruhani ailəsində dünyaya gəlib.

O orta təhsili zaman agahlığı və istedadı baxımından digər şagirdlərdən sayılıb seçilirdi.

Ayətullah İsa Qasim 1964-cü ildə dini təhsilini artırmaq üçün Nəcəf-Əşrəf şəhərinə yollanıb. O Nəcəfdə dini hövzə təhsili ilə yanaşı akademik təhsilini də bitirib.

Şəhid Məhəmməd Baqir Sədr ayətullah şeyx İsa Qasimin daha çox mütəəssir olduğu onun baxışlarından və elmindən bəhrələndiyi alimdir.

Şeyx İsa Qasim Bəhreynə 1972-ci ildə qayıdıb. Əhali və alimlər şeyxdən istədilər ki o konstitusiyanın yazılması üçün nəzərdə tutulan şuraya qatılsın. Şeyx Şəhid Məhəmməd Baqir Sədr və Şeyx Məhəmməd Əmin Zinuddinin tələbi ilə Bəhreynə qayıtdı.

Şeyx sözügedən şuraya qatıldı və bütün müddət ərzində islami qayda qanunların həyata keçməsində əvəzsiz xidmətlər göstərdi.

Şeyx 1972-ci ildə Bəhreyndə marksizmin əleyhinə yaradılan “İslami İşıqlandırma Cəmiyyəti” nə də sədrlik etməyə başladı. Lakin 1984-cü ildə Bəhreyn hökuməti sözügedən cəmiyyətin faliyyətini ləğv etdi.

Şeyxin üzv olduğu konstitusiya şurası 1975-ci ildə rejim tərəfindən ləğv edildikdən sonra ayətullah İsa Qasim faliyyətini dayandırmadı.

Ayətullah İsa Qasim Bəhreyndə islam dinin və onun Əhlu-Beyt dəyərlərinin cəmiyyətdə təbliği üçün bütün istiqamətlərdə təbliğat aparırdı.

Bir sözlə demək olar ki Bəhreyn gənclərinin kommunizmin toruna düşməməsində onun əvəzsiz xidmətləri olub.

Şeyx İsa Qasim 1992-ci ildə İrana Qum hövzəsinə yollanaraq, ayətullah Seyyid Kazim Hairi, Fazil Lənkərani, Ayətullah Seyyid Mahmud Haşimi Şahrudi və digər məşhir alimlərin xidmətində tələbəlik edib.

1994-cü ildə Bəhreyndə siyasi islahatların keçirilməsi ilə baş tutan dinc aksiyalara şeyx tərəfindən lazımi dəstəklər verilirdi.

Şeyx 2001-ci ildə siyasi mühitin sabitləşməsindən sonra Bəhreynə qayıdır və bu ölkədə xalqın əsas din alimi kimi təbliğata başlayır.

Şeyx İsa Qasim 2004-cü ildə Bəhreyndə “İslam Alimləri Şurası”nı təsis edir. O zamandan bu şura Bəhreyndə insanları dini dəyərlərə və onların həyata keçməsinə çağıran əsas qurumu çevrildi.

Bu şuranin ilk rəyasəti şeyx İsa Qasimin öhdəsinə oldu. Daha sonra isə şura şeyxin nəzarəti ilə digər alimlər tərəfindən idarə edilməyə başladı.

Şeyx İsa Qasim 2010-cu ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının mənəvi lideri hesab edilir. Amma Bəhreyn rejimi iki gün öncə onun vtəndaşlığını ləğv edib. Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb. (islaminsesi)
Müəllif: Admin | 21-06-2016, 22:10
Baxılıb: 215
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.