Sinir sistemi Sinir sistemini necə möhkəmləndirmək olar. TÖVSİYƏLƏR
Mьəllif: admin1
Tarix: 16-06-2016, 10:30
Sinir sistemi Sinir sistemini necə möhkəmləndirmək olar. TÖVSİYƏLƏR
Stress insan həyatının ayrılmaz hissəsidir. Stressiz həyat mümkün deyil. Lakin uzunmüddətli xroniki streslər insan sağlamlığına böyük ziyan vurur.

Xroniki stress ürək-damar, endokrin, mədə-bağırsaq, immun, sinir sisteminin fəaliyytində müxtəlif pozulmalara gətirib çıxardır.

Müasir insanın həyatı streslərlə olduqca zəngindir. Stresdən hər zaman qaçmaq olmur. Lakin sinir sistemi möhkəm olan insan stressin öhdəsindən gələ bilir ki, nəticədə stress onun sağlamlığına dağıdıcı təsir etmir.

Sinir sisteminin möhkəmləndirilməsi üsullarını sizə təqdim edirik.

1. Fiziki aktivlik.

Fiziki aktivlik insanın tək əzələlərini deyil, sinir sistemini də möhkəmləndirir. Stress zamanı insan orqanimində ciddi hormonal dəyişikliklər baş verir, əlavə enerji əmələ gəlir. Bu insan orqanizminin qoruyucu mexanizmidir. Stress baş verdikdə orqanizm qaçmağa, özünü xilas etməyə, vuruşmağa hazırlaşır. Müasir insanlar bunun heç birini etmir və əmələ gəlmiş əlavə enerji orqanizmdə qalaraq onu dağıtmağa başlayır.

Fizki aktivlik, idman sinir-psixiki gərginliyi azaldır, sinir sistemini möhkəmləndirir. Bu xüsusilə əqli fəaliyyəti ilə məşğul olan insanlar üçün vacibdir.

İdmanla məşğul olmağa imkanınız yoxdursa, gün ərzində ən azı 1 saat ərzində açıq havada gəzin.

2. Ziyanlı vərdişlərdən imtina etmək.

Spirtli içkilər və nikotin sinir sisteminə çox mənfi təsir edir. Bu maddələr sinir sistemini qıcıqlandırır, beyinin fəaliyyətini pozur. Həm etanol, həm də nikotin xroniki intoksikasiyaya səbəb olur. Beyin intoksikasiya qarşı xüsusilə həssasdır.

3. Düzgün qidalanma

Bu da sinir sisteminin sağlamlığı üçün çox vacib olan amillərdən biridir. Natamam qidalanma, müxtəlif balanslaşdırmamış pəhrizlər, aclıq sinir sistemini zəiflədir.

Qidalanmada zülallların kifayət qədər olması sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Toyuq əti, soya, lobya, balıq, yumurta, süd məhsulları sinir sisteminin sağlamlığı üçün çox faydalıdır.

Qidalanmada təbii piylərin kifayət qədər olması da çox önəmlidir. Bu maddələr sinir sistemini tonuslaşdırır, onun davamlılığını və iş qabiliyyətini artırır.

Karbohidratlar beyin üçün enerji mənbəyidir. Qidalanmada karbohidratların azalması sinir sisteminin zəiflənməsinə, yuxululuğa, yaddaşın pozulmasına, baş ağrılarına səbəb olur.

Sinir sistemi üçün ən vacib vitaminlər B qrupu vitaminləridir. B qrupu vitaminləri bu kimi məhsullarda var: təbii çörək, noxud, lobya, qarabaşaq, yulaf yarması ("gerkules"), yumurta, qaraciyər, ət, balıq, pendir və s.

4. Rejim

Bizim sinir sistemimiz rejim xoşlayır. Hər gün eyni vaxtda oyanmağa və yatmağa, qida qəbul etməyə çalışın.

Mütləq kifayət qədər yatın və dincəlin. Gecə yuxusu sağlam və möhkəm sinir sisteminin əsas təməlidir. Gecə yuxusu 7 saatdan az olmamalıdır.

Yuxusuzluq və yorğunluq sinir sisteminin ilk düşmənləridir. Bu sinir sisteminin tükənməsinə səbəb ola bilər. Sinir sisteminin tükənməsi isə nevroz, depressiya, panik atak kimi pozulmaların əsas səbəbidir.

5. Xalq təbabəti vasitələri

Bəzi xalq təbabəti vasitələri sinir sistemini çox yaxşı möhkəmləndirir. İlk növbədə bu melissa, çobanyastığı, itburnu, pişikotu kimi bitkilərə aiddir. Hər gün bu bitkilərdən hazırlanmış təbii çaylar için. saqlamheyat.az/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930