Dağ kəkotusunun orqanizmə faydaları
![]() Dağ kəkotusu, əslində, adi kəklikotu ilə eyni xüsusiyyətlərə malikdir. Amma ondan daha güclü təsir göstərir. İmmuniteti gücləndirir, soyuqdəyməyə yaxşı təsir edir. Qripin qarşısını alır. Dağkəkotusu spazmlara yaxşı təsir edir. Baş ağrısı, bağırsaq spazmı zamanı dağ kəkotusundan istifadə edə bilərsiniz. Bu bitki həm də güclü antiseptik və antibakterial təsirə malikdir. Buna görə də, kəkotu dəmləməsindən ağız boşluğu iltihabları üçün qarqara vasitəsi kimi istifadə edilir. Dağ kəkotusu bəlğəmgətiricidir. Öskürək, bronxit zamanı xəstənin vəziyyətini yaxşılaşdırır. Oxşar xəbərlər
|