Tut qurusunun inanılmaz faydaları
Mьəllif: admin1
Tarix: 14-10-2023, 10:26
Tut qurusunun inanılmaz faydaları
Qayısı, xurma, kişmiş kimi qurudulmuş meyvələrdən bol-bol istifadə etsək də, ən az onlar qədər faydalı olan tut qurusuna biganə yanaşırıq.

Halbuki, tut qurusu ən az fındıq, fısdıq, qoz kimi çərəzlərlə eyni qida dəyərinə malikdir. Həkimlər tut qurusunun bir çox xəstəliyin qarşısını aldığını bildirirlər.

Tut qurusu dəmir baxımından zəngindir. Sidikqovucudur, ödəmi azaldır, bağırsaq qurdlarını tökür. Ekzemaya qarşı faydalıdır. Kalsiumla zəngindir.

B1, B2 və C vitamini ehtiva edir. Bu xüsusiyyətləri sayəsində qanı artırır, insana enerji verir.

Tut qurusu ürək-damar sistemi üçün çox faydalıdır.

Bədəni qüvvətləndirir. İmmunitet sistemini gücləndirir. Mədə və bağırsaqların işini asanlaşdırır.

Boğaz ətininin şişməsinin qarşısını alır. Ağız və boğaz iltihabına qarşı təsirlidir. Diş əti xəstəliklərinə yaxşı təsir edir. Öskürəyi kəsir.

Qeyd edək ki, tut qurusunu acqarına yemək lazımdır.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31