"Bu il Həcc ziyarətini unutmalıyıq" - Ayətullah Məkarim Şirazi
![]() "Səudiyyə Ərəbistanı bu ilki Həcc ziyarətinə siyasi cəhətdən yanaşır və intiqam almaq istəyirlər. Buna görə də, zəvvarlara yaxşı xidmət etmək çətinləşir. Fikrimcə bu il Həcc ziyarətini unutmalıyıq",-deyə o qeyd edib. İranın Yaxın Şərqdəki mövqeyinə də toxunan Ayətullah Məkarim Şirazi bildirib ki, İranın Yaxın Şərqdə əhəmiyyətli nüfuzu və mövqeyi var: "Buna görə də ABŞ-ın əlaltılarına tabe olmalı deyilik. Səudiyyə Ərəbistanı özlərini müqəddəs hərəmin (red- Kəbə evinin) sahibi hesab edir. Həcc ziyarəti zamanı bütün islam ölkələrindən orada nümayəndə olmalıdır". İŞİD-dən və digər təkfirçi terrorçulardan da söz açan Ayətullah Məkarim Şirazi vurğulayıb ki, Səudiyyə Ərəbistanı təkfirçiliyin dünyaya yayılmasına səbəb oldu: "Bununla bağlı sənədləri hazırlayıb bütün dünyaya nümayiş etdirməliyik". Oxşar xəbərlər
|