Təbrizin imam-cüməsi Hizbullah lideri Həsən Nəsrullahla görüşüb
Mьəllif: admin1
Tarix: 15-05-2016, 09:31
Bцlmə: Xəbərlər
Təbrizin imam-cüməsi Hizbullah lideri Həsən Nəsrullahla görüşüb
Təbrizin imam-cüməsi ayətullah Mohsen Müctəhid Şəbustəri Beyruta səfəri çərçivəsində Hizbullah müqavimət hərəkatının lideri Seyyid Həsən Nəsrullahla görüşüb.

İslaminSesi əl-Mənara istinadla xəbər verir ki, görüş Beynəlxalq Əhli-Beyt Cəmiyyətinin Ali Şurasının Livanda toplantısı çərçivəsində baş tutub
Mənbə bildirib ki 4 ildən bir təşkil edilən Əhli-Beyt cəmiyyətinin Ali Şurasının bu dəfəki toplantısı Həsən Nəsrullahın təklifi ilə Beyruta salınıb.

Qeyd edək ki, Beynəlxalq Əhli-Beyt cəmiyyətinin Ali Şurasının sədri ayətullah Mohsen Müctəhid Şəbustəridir. Məhəmməd Həsən Əxtəri isə Əhli-Beyt cəmiyyətinin sədridir.

Beynəlxalq Əhli-beyt cəmiyyətinin Ali Şurasına hər bir ölkədən üzv vardır. Bu üzvlər ildə bir dəfə bir araya gələrək, islam dünyasındakı mövcud vəziyyəti araşdırırlar.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031