Gürcüstanda NATO rəsmilərinin azərbaycanlılarla görüşləri təşkil olunacaq
Mьəllif: admin1
Tarix: 12-05-2016, 22:17
Gürcüstanda NATO rəsmilərinin azərbaycanlılarla görüşləri təşkil olunacaq
“Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən digər etnik xalqların nümayəndələri mütləq NATO, Avropa İttifaqı və avrointeqrasiya barədə informasiyaları əldə etməlidirlər. Təəssüf ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün NATO haqqında kifayət qədər ədəbiyyat yoxdur. Bu, indi bizim üçün problemdir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən NATO İnformasiya Mərkəzinin yeni rəhbəri Ketevan Çaçava bildirib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan əhali, xüsusilə azərbaycanlılar üçün Azərbaycan və rus dillərində ədəbiyyat nəşr olunmalıdır: “Gürcüstanda azərbaycanlılar və digər millətlərin nümayəndələri NATO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların fəaliyyəti barədə geniş məlumata sahib olmalıdırlar. İndi bu bizim yeni siyasətimizdir. Biz azərbaycanlıların yaşadığı bölgələrə rusdilli beynəlxalq ekspertlər qrupunu və NATO rəsmilərini dəvət edəcəyik, onların əhali ilə görüşlərini təşkil edəcəyik. Rəsmilər sualları cavablandıracaq və digər vacib məsələlərdən danışacaq, NATO-ya aid ətraflı məlumat verəcəklər”.
Oxşar xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930