İmam Hüseynin (ə) məqbərəsi tarix boyu kimlər tərəfindən tikilib? (Foto)
Müəllif: Admin
Tarix: 11-10-2017, 10:46
Bölmə: Xəbərlər
İmam Hüseynin (ə) məqbərəsi tarix boyu kimlər tərəfindən tikilib? (Foto)
İmam Hüseynin məzarı və məqbərəsi tarix boyu 9 dəfə zalım xəlifə və təcavüzkarlar tərəfindən dağıntılara məruz qalıb.

İmam Hüseynin (ə) məzarı və məqbərəsi tarix boyu 9 dəfə zalım xəlifə və təcavüzkarlar tərəfindən dağıntılara məruz qalıb. Sual oluna bilər bəs İmam Hüseynin məzar və məqbərəsini kimlər tikib və bərpa edib?

1-Tarixi faktlara əsasən Kərbəlada aşura faciəsindən 3 gün sonra yaxınlıqda yaşayan Bəni-Əsəd qəbiləsi İmam Hüseyn və əshabını dəfn edir və onun qəbrini bərpa edirlər. Bu hicrətin 61-i ilinə təsadüf edir

2-Hicrətin 66-cı ilində Muxtar Səqəfi tərəfindən imamın məzarı üzərində ilk tikili bərpa edilir. Məhz bu ildə məzarın ətrafında kəndlərin sayı çoxalmağa və beləcə Kərbəla şəhərinin əsası qoyulmağa başlayır.

3-Harun ər-Rəşid 171-ci ildə imamın məqbərəsi və ətrafındakı evləri dağıtsa da onun oğlu Məmun Əhli-beyt ardıcıllarına yaxınlaşmaq siyasətini təqib edərək, 198-ci ildən məqbərəni yenidən bərpa edir.

4-Daha sonra Mütəvəkkil Abbası hakimiyyəti dövründə Kərbəla və imamın məqbərəsini 4 dəfə dağıtsa da sonrakı xəlifə Müntəsir 248-ci ildə onu yenidən bərpa edir.

5-Hicrətin 271-ci ilində Təbəristanın şahı Həsən Ələvi İmamın məqbərəsini qaldırır və onu genişləndirir. Daha sonra onun oğlu Məhəmməd Ələvi 280-ci ildə məqbərəni daha da genişləndirərək ona yeni eyvanlar əlavə edir.

6-İraqın cənubunda hakimlərdən olmuş Umran bin Şahin 368-ci ildə məqbərəni yenidən abadlaşdırır.

7-Hicrətin 369-372-ci illərində İzzuddolə Deyləmi tərəfindən İmam Hüseyn və həzrət Əbul-Fəzl Ababsın məqbərəsi daha böyük formada qaldırılır.

8-İmam Hüseyn və Həzrət Əbul-Fəzl Abbasın hərəmlərinin hazırki binası isə 740-790 hicri illərində Ali-Cəlayer hakimləri tərəfindən tikilib.

9-İki hərəmin arasındakı səhn və yol həmçinin məqbərələrin divarları 1980-ci ildə inşa edilib.

İslaminSesi İmam Hüseynin hərəminin qədimi fotolarını və animasiya ilə təsvir edilən bəzi tarixi görüntüləri təqdim edir

Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031