İmmun sistemini necə gücləndirək? - ARAŞDIRMA
Müəllif: admin1
Tarix: 8-05-2016, 18:32
İmmun sistemini necə gücləndirək? - ARAŞDIRMA
Soyuq günlərində bir çoxlarımız xəstəliklərə qarşı aciz qalırıq. Bədənimizin güclü olması və viruslara qalib gəlmək üçün immun sistemini yüksəltmək lazımdır. Çünki immun sistemi yüksək olarsa, bədənin xəstəliklərə qarşı müqavimət qüvvəsi artar.
1. Süd məhsulları.
Süd, qatıq və pendir kimi süd məhsulları immun sistemini yüksəldər. Qatıq bağırsaqları mikrobların zərərindən qoruya bilir. Mütəxəssislərin fikrinə görə, gün ərzində 250 qr qatıq qəbul etmək immun sistemini qaldırar.
2. Sarımsaq.
Mütəxəssislər bu fikirdədirlər ki, soğan və sarımsaqda olan allisin maddəsi bədəndə olan bakteriyalarla mübarizə aparar və immun sistemini gücləndirər. O insanlar ki, həftə ərzində 6 dış sarımsaq yeyirlər, daha az xərçəng xəstəliyinə düçar olarlar. Ona görə də yaxşı olar ki, həftə ərzində 2 diş sarımsaq yeyəsiniz.
3. Çay.
Yaşıl və qara çayın da tərkibində allisin maddəsi vardır. Ona görə də gün ərzində ən azı 3 dəfə yaşıl və ya qara çay içməyə çalışın.
4. Balıq.
Omeqa-3 elə bir maddədir ki, bədənin immun sistemini yüksəldər. Bu maddə də ən çox balıqlarda olur. Ona görə də həftə ərzində ən azı iki dəfə balıq yeyin.
5. Göbələk.
Yeni tədqiqatlar göstərir ki, göbələyi davamlı olaraq istifadə etmək ağ qan hüceyrələrinin fəaliyyətini və istehsalını gücləndirər. Eyni zamanda da immun sistemini yüksəldər. Ona görə də alimlər bu fikirdədir ki, həftədə 3-4 dəfə göbələk yemək immun sistemini yüksəldə bilər.
6. Anti-oksidantlar.
Bütün meyvələr, tərəvəzlər və ağ ət anti-oksidant mənbəyidir.
7. E və C vitaminləri.
Bolqar bibəri, pomidor, çuğundur, tut, kivi, noxud, kök, günəbaxan toxumu, badımcan və qırmızı soğan bu vitaminlərlə zəngindir.
8. Karotin maddəsi.
Ərik, quşqonmaz, çuğundur, yemiş, kök, yaşıl bibər, kələm, şəlğəm, şaftalı, qreypfrut, ispanaq, şirin kartof, pomidor, qarpız və mandarin karotin maddəsi ilə zəngindir.
9. Selenium maddəsi.
Tuna balığında, karides və lobyada bu maddə vardır.
10. Əlavə çəkidən azad olun.
Köklük və artıq çəki ürək xəstəliklərinə, diabetə, xərçəng xəstəliyinə səbəb olar. Bütün bu xəsətliklər isə immun sistmini zəiflədər.
11. Sağlam qidalanma.
Hazır yeməklərdən çox istifadə etmək və xolesterini qaldıran qidalarla qidanlmaq immun sistemini zəiflədər.
12. Qızardılmış yeməklərdən çəkinmək.
Həddən artıq yağlı yeməklərdən istifadə etmək, qızadılmış yeməklər - qanın ağ hüceyrələrinə mənfi təsir edər. Ona görə də immun sistemi aşağı düşər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930