İslam Almaniyanın əsas dini ola bilәr
Mьəllif: admin1
Tarix: 2-05-2016, 20:46
Bцlmə: Xəbərlər
İslam Almaniyanın əsas dini ola bilәr
Almaniyanın bir "beyin təşkilatı" tərəfindən aparılan son araşdırmanın nəticələri İslamın geniş miqrasiyalar səbəbilə bu ölkədə ən böyük dinə çevrildiyini göstərib.

Deyerler.Org İQNA-ya istinadən xəbər verir ki, araşdırmanın nəticəsi bu yaxınlarda illik hesabatlar şəklində Almaniya Ekspertlərinin Miqrasiya və Uyğunlaşma Vəqflər Şurası (SVR) tərəfindən nəşr olunmuşdur.

Araşdırma Şimali Afrika və Yaxın Şərqdən Almaniyaya kütləvi miqrasiyanın baş vermәsi nәticәsindә ölkənin çox dinli bir dövlәt halına gəldiyini göstərir.

Hesabatda dərc olunan statistik nəticələrə görə, Almaniyaya gələn yeni mühacirlərin 73% müsəlman və 13% isə xristiandır. "Almaniyada dindar xristianların süqutunun bu ölkədə İslamın böyüməsi üzərində böyük təsiri vardır" ifadəsi də hesabatın əldə etdiyi nəticələrdəndir.

1970-ci ildə Qərbi Almaniya əhalisinin tәxminәn 95% özünü katolik və ya protestant xristian kimi özünü tәqdim edirdi, ancaq hazırda bu rəqəm təxminən 65% təşkil edir.


Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930