Nanəli çayın faydaları
Mьəllif: admin1
Tarix: 24-09-2020, 12:39
Nanəli çayın faydaları
Nanəli çay çox dadlı və eyni zamanda müalicəvi içkidir.

Bu ətirli içkinin bir çox faydalı xüsusiyyətləri var:

- sakitləşdirir, yorğunluğu aradan qaldırır, sinir gərginliyi azaldır, streslə mübarizə etməyə kömək edir.

- baş ağrılarını götürür.

- miqren tutması zamanı xəstənin vəziyyətini yaxşılaşdırır.

- yuxusuzluq zamanı kömək edir.

- həzmi yaxşılaşdırır, qarında spazmların, köpün, ağrıların qarşısını alır.

- ürəkbulanması zamanı yaxşı kömək edir.

- soyuqdəymə və zökəm zamanı faydalıdır.

- ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi təsir edir.

- damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

- nanəli çay qadın sağlamlığına çox müsbət təsir edir.

- menstruasiya ağrılarını azaldır, klimaks zamanı qadının vəziyyətini yüngülləşdirir.

Nanəli çay dəmləmək üçün 1 çay qaşığı quru nanənin üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin və süzün. Gün ərzində 1 stəkan nanəli çay içmək kifayətdir. Çaya bal, limon əlavə etmək olar.

Həmçinin adi qara çay və ya yaşıl çay dəmlədikdə çaydana nanə əlavə edə bilərsiniz.



Saglamolun.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930