Cənnət meyvəsinin faydası
Mьəllif: admin1
Tarix: 19-08-2017, 22:13
Cənnət meyvəsinin faydası
Cənnət meyvəsinin ən faydalı xüsusiyyətlərini təqdim edir.

Xurmanın tərkibində yüksək miqdarda antioksidant var. Buna görə orqanizmə sərbəst radikalların təsirini azaldır. Sərbəst radikallar yaş irəlilədikcə xəstəliklərə, o cümlədən xərçəng, görmə qabiliyyətinin itirilməsi riskini artırır.

Liflərlə zəngin olduğu üçün toxluq hissi yaradır, həzm sisteminin işini tənzimləyir, qəbizlik problemini həll edir.
Xurmaya bədənin süpürgəsi də deyilir. Çünki o, orqanizmi toksik maddələrdən təmizləməkdə əvəzsizdir.

Göz sağlamlığının qorunması üçün multivitamin təsiri var. A, K, C vitamini və mineralar gözdə katarakt yaranmasının qarşısını alır.

Tərkibindəki kimyəvi fitomaddələr xərçəngdən qoruyur, xüsusilə süd vəzi xərçəngindən. O, hüceyrələri yeniləyir, qırışların, ləkələrin yaranması ilə mübarizə aparır.

Natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor baxımından olduqca zəngindir.

Bu meyvənin hamilələrə faydası da olduqca böyükdür.

1. Hamiləlik dönəminin üç ay öncə başlanması və bütün bu dövrdə alınması lazım olan folik asitlə zəngindir. Folik asit yeni hüceyrə yaranmasında və hüceyrə yenilənməsində önəmlidir.

2. Kalium bədəndə su səviyyəsinin qorunmasına kömək edir.

3. Dəmir qansızlıq problemini aradan qaldırır. Hamilələr xurma yeyərək dəmir ehtiyacının bir hissəsini qarşılaya bilərlər.

4. Kalsium sümüklərin möhkəmlənməsidə önəmlidir.

5. Tərkibindəki maqnezium böyrəklərin fəaliyyətini tənzimləyir.

6. A vitamini ilə zəngin meyvə hamiləlikdə immuniteti gücləndirməyə kömək edir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930