“İnşaAllah” dediyinə görə təyyarə ilə uçmasına izin verilmədi
![]() İslamazeri.az-ın "islam.ru"ya istinadən verdiyi xəbərə görə, insident Kairluddin Makxzuminin telefonla danışarkən “İnşaAllah” sözünü işlətməsindən sonra baş verib. Qonşu sərnişinlər onun “şəhid” sözünü işlətdiyini düşünüblər. Və elə bu kifayət edib ki, ABŞ-ın nüfuzlu universitetlərindən birinin əməkdaşını reysdən kənarlaşdırsınlar. Makxzumin daha sonra FTB əməkdaşları tərəfindən də, dindirilib. Kairludinin sözlərinə görə, əsası olmayan ittihamlar onu heyrətə salıb və o bu hadisədən bir neçə gün sonra özünə gələ bilib. Avia-şirkət hadisə ilə bağlı hələ üzr istəməyib. Xatırladaq ki, bu son zamanlar baş verən ilk islamofob hadisə deyildir. Müsəlman ailə “United Airlines” avia-şirkətinin reysindən kənarlaşdırılıb. Səbəb olaraq isə, qırıq uşaq kreslosu göstərilib. Həmçinin, JetBlue avia-şirkətinin reysindən iki müsəlman xanım da kənarlaşdırılıb. Hadisə, stüardessanın hicablı xanımların ona diqqətlə baxdıqlarını hesab etdikdən sonra baş verib. Oxşar xəbərlər
|