Müsəlman xanım Parisi yeni terrordan xilas etdi
![]() Xanım, noyabr ayında Fransada terror törətmiş Abdulhəmid Abaudun xalası qızı ilə eyni evdə qalırdı. Abaud terror aktını törədikdən sonra xalası qızı Həsna Aytbulahsen ilə telefon əlaqəsi yaratmışdı və belə adı açıqlanmayan xanım Abaud haqda məlumat ala bilmişdi. Abaud xalası qızı ilə xanımı gizli görüşə dəvət edərək, Parisdə yeni terror törətmək istədiyindən danışıb və onlardan özü üçün ciddi bir paltar almasını xahiş edib. Dindən uzaq biri olan Həsnanın sərxoş olmasını gözləyən “xanım”, hüquq mühafizə orqanlarına zəng edərək Abaudun planlaşdırdığı terror haqda məlumat verib. Məlumat əsasında terrorçunun yeri müəyyənləşdirilərək, fransız xüsusi təyinatlıları tərəfindən məhv edilib. Beləcə, müsəlman xanım, planlaşdırılmış terrorun qarşısının alınmasında müstəsna rol oynayıb. Qeyd edək ki, ötən ilin noyabr ayında Parisdə bir neçə terror aktı və silahlı hücum həyata keçirilmiş, hücumlar nəticəsində yüzdən çox insan həyatını itirmişdi. Oxşar xəbərlər
|