Ayətullah Nimr kimdir və tələbləri nə idi?
Mьəllif: admin1
Tarix: 3-01-2023, 10:05
Ayətullah Nimr kimdir və tələbləri nə idi?
Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə Ərəbistanın şərqində Əl-Qətif şəhərində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanın böyük Əhli-beyt (ə) alimlərindəndir.

Ayətullah Nimr Türkiyədə olduğu kimi, Ərəbistan rejiminin Əhli-beyt (ə) ardıcıllarının öz ölkəsində təhsil almaq haqqı tanınmadığı üçün İslami təhsilini Suriyadakı Həzrəti Zeynəb Hövzəsində alır.

Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilir. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir.

Ərəbistana qayıtdıqdan sonra Avamiyyə şəhərində "İmam Qaim (ə.f.)" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir.

Əvvəllər də dəfələrlə Səudiyyə rejimi tərəfindən həbs olunan və bir çox işgəncələrə məruz qalan Ayətullah Nimr Əhli-beyt (ə) ardıcıllarına rejimdə ikinci sinif vətəndaş rəftarını icra etməmələrini istədiyi üçün haqqında həbs qərarı çıxarılıb.

Həbs digər səbəb isə müqəddəs Bəqi qəbirisitanlığının vəziyyətinin ürək ağrıdan olması və dövlətin bura daha çox əhəmiyyət verməsinin vacib olduğunu söyləməsi olub.

Ayətullah Nimr Səudiyyə rejimindən nə istəyir?

- Ölkə əhalisinin 20%-ni təşkil edən Əhli-beyt (ə) ardıcıllarına ikinci sinif vətəndaş kimi yanaşılmaması.

- Onların öz dini təhsillərini öz ölkələrində almaq hüququnun tanınması.

- Əhli-beyt (ə) məzhəbinin rəsmi bir məzhəb kimi qəbul edilməsi, bu məzhəb mənsublarına dövlətə aid mediada və ya vəhhabi əqidəsi səlahiyyətlilər tərəfindən təhqir edilməməsi.

- Səudiyyə rejiminin Əhli-beyt (ə) ardıcılları ilə Əhli-təsənnün ardıcılları arasında fitnə və ixtilaf çıxarmaları üçün vəhhabi din xadimlərinə pul və dəstək verməyi dayandırması.

- Sülhməramlı yürüşlərə icazə verilməsi.

- Ölkədəki kasıb xalqın vəziyyətinin yaxşılaşdırılması.

- Əhli-beyt (ə) ardıcıllarının dövlət təşkilatlarında işləyə bilmələri üçün yolun açılması.

Qeyd edək ki, bu gün Səudiyyə rejiminin qərarı ilə Ayətullah Nimr edam edilib.



http://deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930