MƏHƏMMƏD (S) PEYĞƏMBƏR (S) SİYASİ RƏHBƏR KİMİ
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:30
“Tarixmi qәhrәmanlar yaradır, yoxsa qәhrәmanlar tarix yaradırlar?” Bu sual uzun müddәt qәrb alimlәrinin diqqәt mәrkәzindә olmuşdur. Görәsәn qәhrәmanlar tarixi zәrurәtdәnmi meydana çıxırlar? Yoxsa onlar dövrün axarına әks hәrәkәt etmәyi bacarıb, onda böyük dәyişikliklәr yaratmağa qadir olurlar?
Sualın cavabından asılı olmayaraq, burada qәhrәmanların әsas subyekt olmalarını inkar etmәk olmaz.
Elә isә, insanlar necә qәhrәman olurlar? Qәhrәmanları birlәşdirәn müştәrәk xüsusiyyәtlәr hansılardır? Bu mәqalәmizdә hәmin qәhrәmanlara, yәni ideal siyasi rәhbәrlәrә lazım olan xüsusiyyәtlәrdәn danışacaq vә tarixin misilsiz qәhrәmanı, bәşәriyyәtin dahi rәhbәri hәzrәt Mәhәmmәd peyğәmbәrin (s) hәyatından nümunәlәr göstәrmәyә çalışacağıq.

Mәhәmmәd peyğәmbәrin (s) hәyat tərzi tәkcә müsәlmanlar üçün deyil, hәtta әn böyük xristian vә yәhudi alimlәri üçün dә çox maraqlı tәdqiqat mövzularından olmuşdur. Bernard Şou, Tomas Karlayl, Jan Jak Russo, Lev Tolstoy, Hüseyn Cavid, Smit, Vatt vә bir çoxları bu barәdә geniş araşdırmalar aparmış, əsərlər yazmışlar.
Amerikalı alim doktor Maykl Hart yazır: “Mәhәmmәd dünyanın әn böyük dinlәrindәn birini tәsis etmiş vә ən təsirli siyasi lider olmuşdur. Vәfatından 14 әsr keçmәsinә baxmayaraq, onun nüfuz dairәsi olduqca geniş vә güclüdür”
İslam peyğәmbәrini 100 böyük vә nüfuzlu şәxsiyyәt arasında birinci olaraq qeyd edәn müәllif әlavә edәrәk yazır: “Mәhәmmәd Mәsihdәn fərqli olaraq, dini rәhbәr olmasıyla yanaşı, hәm dә dünyәvi rәhbәr olmuşdur. əgәr mәsәlәyә islami fәthlәr nöqteyi-nәzәrindәn yanaşsaq, bir daha görәrik ki, Mәhәmmәd әsrlәr boyu әn təsirli siyasi lider olaraq qalmışdır”
Allah-taala Əhzab surәsinin 24-cü ayәsindә Mәhәmmәd peyğәmbәri (s) müsәlmanlara nümunә insan kimi tәqdim edir. Odur ki, o hәzrәtin hәyatının ictimai, siyasi, iqtisadi, әxlaqi vә s. bütün sahәlәri diqqәtlә araşdırılmalı vә onlardan örnәk götürülmәlidir. Özünün “Qәhrәmanlar” kitabının böyük bir hissəsini Mәhәmmәd peyğәmbәrә (s) hәsr etmiş ingilis alim T. Karlayl yazır: ”Eşq olsun Mәhәmmәdә! O, әn sadә, dәyәrsiz yemәk vә geyimlәrlә kifayәtlәnib, dünyanı islah vә Allahın birliyini tәbliğ etmәyә çalışdı. O, gecә-gündüz ağır zәhmәtlәrә qatlanaraq әdalәti, әxlaqi fәzilәtlәri yaydı və әzab-әziyyәtlәrә dözәrkәn sәviyyәsiz adamlar kimi şöhrәtpәrәstlik, yaxud hansısa dünyәvi mәqama çatmaq mәqsәdi güdmür, heç zaman ağa olmağa çalışmırdı”.
Giriş üçün bura qәdәr deyilәnlәrlә kifayәtlәnir vә әsas mәtlәbә keçmәzdәn qabaq bәzi mәqamlara toxunmaq istәyirik:
1) Siyasi lider üçün sadalanacaq xüsusiyyәtlәr heç bir konkret mәnbәyә әsaslanmır vә müәllifin şәxsi görüşlәri әsasında tәnzimlәnmişdir.
2) Bu xüsusiyyәtlәr ideal ictimai-siyasi rәhbәr üçün tәklif olunan stimullardır. Tәbii ki, bir nәfәrin bütün bunlara malik olması elә dә asan deyil. Mәsәlәn, Hitler, Stalin vә digər bu kimi şәxslәr müәyyәn dövrlәrdә siyasi lider olmuşlar. Halbuki, onlarda bizim qeyd edәcәyimiz bәzi mәqamların tam әksi müşahidә olunur. Demәli, liderin nisbi müvәffәqiyyәt qazanmasında bu xüsusiyyәtlәrin rolu faiz etibarilә müxtәlifdir. Bәşәriyyәtin fәxri olan Mәhәmmәd peyğәmbәr (s) isә bütün bu keyfiyyәtlәrә sahib olaraq tarix boyu bütün millәtlәr üçün əvəzsiz ideal rәhbәrә çevrilmişdir.
3) Hәzrәt Mәhәmmәd (s) Allahın elçisi olduğu üçün fövqәlbәşәr elm vә mәsumluq mәqamına yiyәlәnmişdir. Peyğәmbәrin hәyatını tәdqiq edәrkәn, bu iki amilin tәsirini nәzәrә almaqla, hәm dә unutmamalıyıq ki, o, tәbii insan hәyatı sürmüş vә hamı kimi iradә vә ixtiyar sahibi olmuşdur.
4) Yazı qeyri-dindar təbəqə və dünyəvi təhsil almış insanlar üçün nəzərdə tutulduğundan, ara-sıra avropa mənşəli terminlərdən istifadə olunmuşdur.
İLKİN BİLGİLƏRƏ AİD OLAN PRİNSİPLƏR
1. Mәqsәdi yetәrincә tanımaq
Hәr hansı bir siyasi lider vә ictimai hәrәkat başçısı hәr şeydәn öncә öz mәqsәd vә mәramlarını lazımi sәviyyәdә bilmәlidir. Mәqsәdinin nә olduğunu, tabeliyindә olan kütlә vә xalqı hansı ideallara doğru apardığını bilmәyәn rәhbәr heç zaman uğur qazana bilmәz.
Mәhәmmәd peyğәmbәr (s) hәlә dәvәtini başlamazdan öncә, ona ilk vәhyin nazil olduğu zaman öz vәzifәsini, edәcәyi dәvәtin nәdәn ibarәt olduğunu vә bu hәrәkatın insanları hansı amala yetirәcәyini çox gözәl başa düşürdü. Qurani-kәrimdә bu barәdә buyurulur:
“(Ey Peyğәmbәr!) De ki, bu, mәnim yolumdur. Mәn tam agahlıq içindә Allaha doğru dәvәt edirәm”.

2. Mәqsәdin düzgünlüyünә inam
İctimai vә siyasi rәhbәr öz mәqsәdinin düzgünlüyünә inanmalı vә mövcud şәraitdә özünün vә ardıcıllarının hәmin mәqsәdlә fәaliyyәt göstәrmәlәrini zәruri saymalıdır.
Mәhәmmәd peyğәmbәr (s), uğrunda mübarizә apardığı mәqsәdin әdalәtli vә ülvi bir mәqsәd olduğuna әmin idi. O, Allahın son elçisi olaraq bәşәriyyәti mütlәq hәmin mәqsәdә çatdırmalı idi. O bilirdi ki, gәtirdiyi qanunlar vә İslam doktrinası dünya vә axirәt sәadәtinin qarantıdır. Bu doktrina bәşәrin bütün ehtiyaclarını tәmin etmәyә vә hәr növ әdalәtsizlikdәn uzaq olan ideal cәmiyyәt qurmağa qadirdir. Odur ki, İslam peyğәmbәri heç bir şübhә vә tәrәddüdә düşmәdәn öz mәqsәdi uğrunda mübarizә apardı. Bu barәdә Qurani-kәrimdә buyurulur:
“Peyğәmbәr, Rәbbi tәrәfindәn ona göndәrilәnlәrә iman gәtirmişdir”.

3. Məqsədin şəffaflığı və insanları bu barədə məlumatlandırmaq
Məqsədi tanıyıb onun düzgunlüyünə inanmaq təkcə lider üçün yox, həm də xalq üçün labüd bir gerçəklikdir. Siyasi rəhbər hər hansı bir hərəkətinin məqsədini şəffaf şəkildə göstərməli və öz ardıcıllarını vaxtı-vaxtında bu barədə məlumatlandırmalıdır. Əks təqdirdə, onun naməlum hərəkətləri insanlarda şübhə doğura və tərəfdarlarının sayını azalda bilər. Çünki insan zatən hər bir fenomenin səbəbini öyrənməyə maraqlıdır. Xüsusən, bu iş onun özünə aid olduqda, daha böyük əhəmiyyət kəsb edir. Həm də unutmaq lazım deyil ki, şəxsiyyətə pərəstiş edən müəyyən bir qrup istisna olmaqla, normal insanlar kortəbii itaəti xoşlamırlar. Öndərlərindən gələn hər hansı bir dəvət öncə onların ağıl süzgəclərindən keçməli olur. Bununla isə bəzən yanlış, bəzən də olduqca təhlükəli nəticələr alınır.
Məhəmməd peyğəmbər (s) hələ dəvətinin əvvəllərindən bu məsələyə ciddi yanaşmış, öz məram və məqsədlərini şəffaf surətdə göstərmişdir. Onun ilk dəvəti "قٿلٿا لا اله الا الله تفلحٿا", yəni "Yeganə Allahdan savayı heç bir tanrı yoxdur" deyin ki, qurtulasınız – olmuşdur. Burada "La ilahə illəllah" inancı zalımların itaətindən, köləlik və əsarətdən, həmçinin cəhənnəm əzabından qurtuluş vasitəsi kimi göstərilmişdir. O həzrət digər işlərində, dəvətinin sirli saxlanılmasında, onun aşkarlanmasında, Həbəşistan və Mədinəyə hicrət və hətta namaz, oruc kimi məsələlərdə də tərəfdarlarına məlumat verməyə çalışmışdır.
Burada belə bir sual ortaya çıxır: Allahın seçilmiş peyğəmbəri və ən şərəfli məxluqu olan bir insanın kiməsə hesabat verməsinə ehtiyac vardımı?
Sözsüz ki, İslami baxımdan belə bir insandan hesabat tələb etmək düzgün deyil. Burada heç bir fanatizmdən isə söhbət belə gedə bilməz. Çünki, çoxsaylı Quran ayələrinə əsasən, onun sözü Allahın sözüdür və bütün əmrləri qeyd-şərtsiz icra olunmalıdır. Lakin, Mədinə şəhərinə sosioloji prizmadan nəzər saldıqda, Peyğəmbər səhabələrini iki qrupa bölmək olar. Əli (ə), Salman, Əbuzər və sair bu kimi şəxsiyyətlərin də daxil olduğu birinci qrup, Məhəmməd peyğəmbəri (s) həm dini-ibadi və həm də ictimai-siyasi işlərdə ideal rəhbər, məsum insan və Allah elçisi hesab edib, bütün əmrlərinə can-başla tabe olmuşlar. Böyük əksəriyyətin təşkil etdiyi ikinci qrup isə onu yalnız dini-ibadi cəhətdən bu səciyyələrə malik bilmişlər. Odur ki, tarixdə bu səhabələrin Peyğəmbərə (s) qarşı olan çoxsaylı etirazlarının və hətta bəzən onu ədalətsiz, qohumbaz və s. adlandırmalarının şahidi oluruq. Bunun ən bariz nümunələrindən biri onun həzrət Əli (s) barəsindəki əmrlərinin icrasız qalmasıdır. Belə ki, Peyğəmbər həzrət Əlini (s) özünun canişini təyin etsə də, bu, çox da mühüm əhəmiyyət kəsb etmədi, dünyəvi və siyasi bir işə aid edilərək, hətta qərəzsiz səhabələr tərəfindən belə qulaqardına vuruldu.
Bir sözlə, mövcud şərait Məhəmməd peyğəmbərdən (s) öz məqsədlərinin şəffaflığını tələb etmiş və təbii ki, o həzrət də reallıqla barışmışdır.

4. Düzgün və dəqiq üslublardan istifadə
İdeal siyasi rəhbər öz ideyalarının həyata keçməsi naminə yalnız düzgün və dəqiq üslublardan istifadə etməyə çalışmalıdır. Dəqiq üslublar onu ən qısa yolla hədəfə çatdırır, düzgün üslublar isə sözünun nüfuz dairəsini artırıb, ictimai dayaqlarını möhkəmləndirir.
İstifadə olunan üslub və vasitələrin dəqiq olması, yəqin ki, tam aydındır. Lakin, onların düzgünlüyü də vacibdirmi?
Tarix boyu siyasət barədə müxtəlif fikirlər söylənilmiş, fərqli mülahizələr yürudülmüşdür. Hələ qədimdən və təəssüf ki, bu günün özündə də bəzi ünsürlər fırıldaq, hoqqabazlıq və hiyləgərliyi də normal siyasi addım kimi başa düşürlər. Bu növ tərz-təfəkkürə əsasən, siyasətdə istənilən vasitə və üsullardan istifadə etmək olar .
Bu fikir ilk dəfə İtaliya siyasi xadimi, diplomat və mütəfəkkir Nikkolo Makiavelli (1469-1527) tərəfindən elmi şəklə salınmışdır. Makiavellizmə görə, qarşıya qoyulan siyasi məqsədlər naminə hər cür vasitə - zor, yalan və s.-dən istifadə etmək məqbul sayılır.
Lakin Məhəmməd peyğəmbər (s) ömrü boyu bu fikirlə mübarizə aparmış, həm məqsədinin və həm də ona çatmaq üçün istifadə etdiyi vasitə və yolların düzgün, ədalətli və müqəddəs olmasına çalışmışdır.
Hicrətin onuncu ilində Peyğəmbərin (s) bir yaş onaylıq yeganə oğlu İbrahim dünyadan köçdü. O zaman təsadüfən günəş tutuldu. Müsəlmanlar iki saat sürən bu gün tutulmasını İbrahimin ölümüylə əlaqələndirdilər.
Burada Məhəmməd peyğəmbər (s) sükut edə bilərdi. Bu sükut onun müqəddəsliyinin daha da artmasına və nüfuz dairəsinin genişlənməsinə səbəb olardı. Lakin, o həzrət bəşəri haqq yola, düzgünlüyə yönəltmək, xurafi-mifik inanclarla mübarizə, yalnız ideal və obyektiv prinsiplər naminə göndərildiyi üçün etirazını bildirib dedi: “Günəş və Ay Allahın nişanələrindəndir. Kiminsə ölümü və həyatı üçün tutulmazlar”.
Xeybər döyüşü zamanı bir yəhudinin irəli sürdüyü təklifin Məhəmməd peyğəmbər (s) tərəfindən rədd edilməsi də məhz bu prinsipə əsaslanır. Xatırladaq ki, sözügedən təklif, düşmən qüvvələrini məhv etməkçün onların suyuna zəhər qatmaqdan ibarət idi.

5. Elm və yetərli məlumat
Başçı və rəhbərlərə lazım olan ən önəmli amillərdən biri də elmdir. İctimai-siyasi fəaliyyətdə elm, qaranlıq gecədə götürülən çırağa bənzəyir. Elm siyasi rəhbəri yanlış addımlardan, büdrəmələrdən və kobud səhvlərdən sığortalayır. Siyasi rəhbər öz zamanının qanun-qaydalarını, yaşadığı cəmiyyətin mədəniyyətini, tarixi keçmişini, onun ehtiyaclarını və potensial imkanlarını, yaxın və uzaq ətrafda baş verən hadisələri, özünün sosial bazasını, mühüm kadrlarını, siyasi məqsədlərini və bu məqsədlərə çatmaq üçün lazım olan hərəkət proqramını və s. bilməlidir. Şahmatda olduğu kimi, siyasətdə də hadisələrə əhatəli və kompleks şəkildə baxmaq fövqəladə təsirə malikdir. Bunun üçünsə kifayət qədər elm, təcrübə və yetərli məlumat olmalıdır. Tarix, bəzi hökmdarların məlumatsızlığı ucbatından baş verən dəhşətli fəlakətlərlə doludur. Buna misal olaraq, xarəzmşahların monqollarla münasibətdə buraxdığı səhvləri və ondan törəyən milyonlarla qanlı cinayəti göstərmək olar.
Məlum olduğu kimi, Məhəmməd peyğəmbər (s) heç bir yerdə təhsil almamış, yazıb-oxumağı bacarmamışdır. Bu məsələ, Quranı-kərimin dogrudan da Allah sözü olduğunu isbat etmək üçün böyük əhəmiyyət daşıyır. Peyğəmbərlik veriləndən sonra isə Allah ona özü tərəfindən xüsusi elm bəxş etmişdir.
Müxtəlif hadisələr zamanı Peyğəmbərin (s) tutduğu mövqe və çıxardığı qərar onun ətraflı məlumatından xəbər verir. Qüreyşın müsəlmanlara qarşı zülm və işəncələrinin artdığı dövrdə onların başqa ölkəyə deyil, məhz Həbəşistana (Efiopiyaya) hicrət etmələrini tapşırması, sonralar Mədinəyə hicrət, romalılarla vuruşmaq, xarici ölkə başçılarına məktub və s. addımları, Məhəmməd peyğəmbərin (s) xarici ölkələr haqqında ətraflı məlumata malik olduğunu göstərir.
Peyğəmbər (s) öz səhabələrini gözəl tanıyır, hansının necə istedad və bacarığa malik olduğunu bilirdi. O, həmçinin düşmənlərini və onlardan gözlənilən təhlükəni də başa düşürdü. Məhz bu məqsədlə əmisi Abbasa müsəlman olmasını gizlədərək Məkkədə qalmağı, Qüreyşın növbəti planları barədə Mədinəni məlumatlandırmağı tapşırmış və o da müəyyən məsələlərdə Peyğəmbərə məktub göndərməklə missiyasını yerinə yetirmişdi.
Məhəmməd peyğəmbər (s) dövrünün müxtəlif silahları və döyüş taktikası barədə də məlumata malik olmuşdur. Hər hansı bir əməliyyat zamanı o, qabaqca heç kimə xəbər verməz və düşmənin casus şəbəkələrindən ehtiyat edərdi. Son anda öz məqsədini elan etdikdə isə, yenə də diqqətli olar və şəhərin giriş-çıxışını tam nəzarətə götürərdi. Məhz belə reydlərin birində müsəlmanların Məkkəyə hərəkəti xəbərini aparan Sara adlı bir qadın yaxalanmışdı.

6. Güclü intellekt, sağlam düşuncə tərzi və düzgün analiz qabiliyyəti
Siyasi lider elmli olmasıyla yanaşı, həm də güclü intellektual səviyyəyə və hadisələri düzgün analiz etmək qabliyyətinə malik olmalıdır. Zehni cəhətdən zəif və düşüncə tərzi aşağı olan insanın hər hansı bir kütlə və xalqı normal şəkildə idarə edə bilməsi absurddur. Əsl rəhbər və ictimai hərəkat başçısı hadisələrdən düzgün nəticələr çıxarmalı və qarşıya çıxacaq maneələrin proqnozunu verib onlardan çıxış yollarını planlaşdırmalıdır.
Qüreyş qəbilələri daşqın səbəbindən uçmuş Kəbəni təmir edərkən, həcərül-əsvədi, yəni müqəddəs qara daşı yerinə bərkitmək məsələsində çəkişməyə başladılar. Bütün qəbilələr bu şərəfli işi özünə aid etmək istəyirdi. Mübahisə zamanı 25 yaşlı Məhəmməd (s) oraya gəlir. Onu görən qəbilə rəisləri sevinir və çıxaracağı qərara razı olacaqlarını bildirirlər.
Məsələnin həssas olduğunu və qəbilələrin bu işə olan hədsiz rəğbətini nəzərə alan Məhəmməd (s) yerə bir əba salıb müqəddəs daşı onun üzərinə qoyur və hər qəbilədən bir nümayəndənin, əbanın bir qırağından tutmalı olduğunu bildirir. Beləliklə, müqəddəs daş bütün qəbilələrin iştirakı ilə götürülərək divara yaxınlaşdırılır və bundan sonra onu öz əlləri ilə götürub yerinə bərkidir.
Məhəmməd peyğəmbər (s) təkcə cavan vaxtı deyil, bütun ömrü boyu və müxtəlif şəraitlərdə öz istedad, düşüncə, düzgün mövqe seçimi, diqqət və uzaqgörənliyi ilə hamını heyran etmişdir. Ühüd döyüşündə Əbu Süfyanın "لنا عزی ٿلا عزی لكم", yəni bizim Üzza bütümüz var, amma sizin yoxunuzdur - şüarına cavab olaraq o, eyni qafiyə ilə "الله مٿلینا ٿلا مٿلی لكم", yəni Allah bizim mövlamızdır, sizinsə mövlanız yoxdur - şüarını vermişdi.
Məhəmməd peyğəmbər (s) məkkəli tərəfdarları ilə Mədinəyə hicrət edərkən, qarşıya çıxacaq problemləri proqnozlaşdırmış və onların hər birinə qarşı münasib çıxış yolu düşünmüşdü. Bu zaman ilk problem mühacirlərin (miqrantların) məskunlaşması idi. Bu mühacirlərin bəzisi tənha, bəzisi ailələri ilə, bəzisi isə hətta qohum-tayfaları ilə birgə köçmüşdülər. Bəziləri özləri ilə bir qədər pul götürə bilsələr də, əksəriyyəti demək olar ki, bütün olan-qalanlarını Məkkədə qoyaraq əliboş gəlmişdilər. Məhəmməd peyğəmbər (s) bu problemi həll etmək üçün özü də daxil olmaqla, mühacirləri ənsarın, yəni Mədinə müsəlmanlarının evlərində yerləşdirdi. Onların bəzisinə sahibsiz torpaqları bolüşdürdü. Sonradan gələn mühacirlərə isə yeni tikilən məsciddə yer verdi.
Məkkəlilərin hicrəti ilə, həm də Mədinədə ilk İslam dövləti təsis olundu. Quran qanunlarına əsaslanan bu dövlət cahiliyyət dövrünün çirkin ünsürlərindən qorunmalı idi. Bunun üçün isə idarəçılıkdə ciddi reformlara ehtiyac vardı. Məhəmməd peyğəmbər (s) tədricən qəbilə və tayfa münasibətlərinə söykənən siyasi sistemi ləğv edib, yerində xalqın iştirakı təmin olunan teokratik hökumət qurdu.
Peyğəmbərin (s) islahatları demək olar ki, sosial həyatın bütün sahələrini əhatə edirdi. Buna misal olaraq, adların dəyişdirilməsini də göstərmək olar. O, xoşagəlməz mənası olan Yəsrib adını dəyişib Teybə; Əbdül-Üzza, Əbdüş-şəms və digər bu tipli adam adlarını Əbdullah; Əbdüşər adını Əbdül-xeyr; Qafil adını Aqil; Əsir (çətin) quyusunun adını Yəsir (asan) adlandırmış, hətta cahiliyyət dövrünü xatırladan bəzi dag və kənd adlarında da dəyişiklik aparmışdır.
Məhəmməd peyğəmbər (s) dövrünün ən nüfuzlu siyasi xadimi və yeni dövlətin başçısı kimi qonşuluqda yaşayan yəhudi qəbilələri ilə də müəyyən münasibətdə olmuşdur. Bu münasibətlər bəzən sülh və saziş, bəzən isə müharibələrlə yadda qalmışdır.
Mədinə ətrafında yaşayan yəhudilər Peyğəmbər hökumətindən xoflanaraq daim ona arxadan zərbə vurmağa çalışmışlar. Peyğəmbər (s) onların bu niyyətini duyub, həmişə ehtiyatla hərəkət etmiş, rəsmi yazılarda, müqavilələrdə onun sözlərini təhrif etməsinlər deyə səhabəsi Zeyd ibn Sabitə yəhudi yazısını öyrənməyi tapşırmışdı.
Məhəmməd peyğəmbər (s) həmçinin qarşıda gözlənilən ağır və həlledici vuruşmaları və İslamın taleyində onların rolunu nəzərə alaraq, səhabəsi Tüfeyl Dəusini bəzi hərbi sirləri, o cümlədən mancanaqdan istifadəni öyrənmək üçün öz qəbiləsinin yanına göndərmişdi. Sonrakı döyüşlərdə bu üsuldan bəhrələnən müsəlmanlar, bir daha öz rəhbərlərinin uzaqgörənliyinə şahid oldular.
Məhəmməd peyğəmbərin (s) bu xüsusiyyəti barədə çox danışmaq olar. Lakin daha bir məsələyə toxunub sözümüzü bitirmək istəyirik.
Peyğəmbər (s) başa düşürdü ki, ərəb böyükləri və qəbilə başçıları İslamı qəbul etməklə öz məqam və mənsəblərini itirəcəklərindən qorxurlar. Ona görə də həmişə onlarla hörmətlə davranmış, onları imkan daxilində öz vəzifələrində saxlamağa çalışmışdır. Onun bu münasibətini başqa cür də izah etmək olar: Peyğəmbər hər hansı bir çoxluğun hörmət bəslədiyi insana böyük ehtiramla yanaşmışdır. Çünki, belə insana hörmət, həm də onun tərəfdarlarına hörmət deməkdir.

7. Proqramlı hәrәkәt vә tәşkilatçılıq
İctimai-siyasi hərəkat üçün fəaliyyət proqramı tərtib edilməli, son məqsəd, həmin məqsədə çatmaq üçün görüləcək işlər, ümumi prinsip, kurs və strategiyalar müəyyənləşdirilməlidir. Bütün bunlar isə qəbul olunmuş vahid ideologiya çərçivəsində tənzim olunur.
Məhəmməd peyğəmbər (s) öz missiyasının əvvəlindən müəyyən proqram üzrə hərəkət etmiş və xüsusi təşkilatçılıqla işlərini yerinə yetirmişdir. O, 23 illik peyğəmbərlik dövründə tədrici inkişaf prinsipi əsasında hərəkət etmişdir. Lap əvvəldən qurulan bu mexanizm, Məkkə həyatında və dəvətin ilk illərində daha qabarıq şəkildə təzahür edir. Özünün həssaslığı ilə seçilən bu dövrdə o, şəraitə uyğun olaraq, Məkkə müşriklərinə və İslam düşmənlərinə qarşı hər hansı bir radikal addımdan çəkinmiş, hətta onların təhqir və işgəncələrinə qarşı belə loyal münasibətdə bulunmuşdur. Sözügedən məsələni həmin dövrdə nazil olmuş “Kafirun” surəsinin məzmunundan da anlamaq olar. Həmin surədə Peyğəmbərə buyurulur: “De ki, ey kafirlər! ...Sizin dininiz yalnız özünüz üçün, mənim dinim də yalnız özüm üçün!”
Məhəmməd peyğəmbər (s) İslam dininin təbliğində də tədricilik məsələsinə üstünlük vermişdir. Belə ki, besətin ilk üç ilində gizli şəkildə təbliğat aparmış, öncə öz evini –Əli (ə) və Xədicəni, sonra isə bir qrup etimadlı cavanı müsəlman etmişdir. Üç ildən sonra öz açıq dəvətinə başlayarkən də, öncə qohum-əqrabalarından başlamış, sonra Məkkə və onun ətrafına təbliğatçılar göndərmiş və nəhayət, hicrətin altıncı ilində müxtəlif dünya ölkələrinin rəhbərlərinə, o cümlədən Roma, İran, Bəhreyn, Misir, Efiopiya, Şam, Yəmamə, Oman və digər ölkə başçılarına ünvanladığı məktublarında İslam dininin üstünlüklərini bəyan etmişdir. Sadalanan bütün bu mərhələlərdə Məhəmməd peyğəmbər (s) öncə insanların fikir və düşüncələrini, inam və əqidələrini islah etməyə çalışmış, yalnız bundan sonra onları əməli hökmlər və əxlaqi məsələlərlə tanış etmişdir.
Sözügedən tədrici inkişaf mexanizmini Məhəmməd peyğəmbərin (s) Mədinə şəhərində sakin olan müşrik və yəhudilərə qarşı münasibətində, hicrətin ilk ilində onlarla bağladığı sülh və dostluq müqavilələrində və vuruşduğu döyüşlərdə də görmək olar.
Peyğəmbərin təşkilatçılq qabiliyyətinə aid müxtəlif misallar göstərmək mümkündür. O, hələ hicrətdən əvvəl bir qrup Mədinə sakini ilə bağladığı Əqəbə peymanında öz qəbilələrinə, habelə bütün Mədinə müsəlmanlarına nəzarət etsinlər deyə, onların arasından 12 nümayəndə (nəqib) seçmişdi. Onun təşkilatçılıq qabiliyyəti hicrətin əvvəllərində, böhran və gərginliyin olduqca artdığı bir zamanda özünü daha aydın nümayiş etdirir. Came məscidinin tikilməsi, mühacir və ənsar arasında qardaşlıq peymanı, köhnə ad və sistemlərin dəyişdirilməsi, hərbi hazırlığın yüksək səviyyəyə qaldırılması və sair işlər buna əyani sübutdur. Hər hansı bir dövlətin, idarə və təşkilatın bir an belə rəhbərsiz qalmamasını zəruri sayan Məhəmməd peyğəmbər (s) istər Mədinədəki, istərsə də şəhər xaricindəki döyüşlərə yollanarkən, öz yerində nümayəndə qoymuş, müvəqqəti olaraq müəyyən işləri ona tapşırmışdır. Əbu Ləbabə, Səd ibn Übadə, İbn Ümm-Gülsüm, həzrət Əli (ə), Osman ibn Əffan və digərləri məhz belə nümayəndələrdəndirlər.
Məhəmməd peyğəmbər (s) hicrətin ikinci ilində idari nizamnamə tərtib etmiş və orada öz dövlətinin əsas prinsiplərini və onunla xalq arasında olan hüquqi münasibətləri bəyan etmişdir .


Vüsal Hüseynzadə
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930