Həzrət Əlinin nəzərində İslam Peyğəmbəri (s)
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:30
Həzrət Əlinin nəzərində İslam Peyğəmbəri (s)


Bilirəm, bildirirəm ki, Məhəmməd Onun bəndəsidir, rəsuludur. O, Məhəmmədi tanınmış bir din ilə göndərdi. Atəşlər içərisində yollarını azanlara onu dağ kimi nişan verdi. Şübhələri dağıtmaq üçün hökmlü bir Kitab nazil elədi. İnsanlar imtahan içində idilər. Din ipi qırılmaq üzrə idi. Doğru inanc dirəkləri yıxılırdı. Dinin əslinə qarışıqlıq düşmüşdü, nicat yolu daraldıqca daralırdı. Vahimələrdən xilas olmaq üçün gözlər kor olmuşdu. Doğru yolun adı-sanı qalmamışdı.

Allaha qarşı üsyan edilirdi. Adamlar şeytana yardım edirdilər. İman dayaqları çürümüşdü. Dünya məhv olmuş, nişanələri tanınmaz hala düşmüşdü. İnsanlar şeytana itaət edir və onun yolunu tuturdular. Hər yerdə şeytanın bayrağı dalğalanırdı. İnsanlar elə bir vəziyyətdə idilər ki, fitnə-fəsad onları dabanları ilə əzirdi. Allah onu (Məhəmmədi) ən xeyirli yerdə, ən şər qonşular arasından göndərdi. İnsanlar bir halda idi ki, onların yuxuları yuxusuzluq, sürmələri göz yaşları, elmləri cəhalət idi...
...İnsanlar yoldan azmışdılar, sarsılmışdılar. Fitnə yoluna qədəm qoymadaydılar; yol verilməz şeylər onları doğru yoldan çıxarmışdı. Böyüklər (böyük saydıqları adamlar) onları doğru yoldan azdırmışdılar; cahillər, cəhalətləri ilə onları alçaltmışdı. İşlərində şaşqın olmuşdular; cəhl üzündən bəlaya düşmüşdülər.

Onlara öyüd verməyə başladı; doğru yolla yeridi; onları hikmətə, gözəl öyüdə çağırdı.

...O, Tanrıdan çəkinənin imamıdır; doğru yolu tapanın can gözüdür. Elə bir işıqdır ki, par-par yanar; elə bir ulduzdur ki, işığı göz qamaşdırar; elə bir işıq verir ki, parıltısı nur saçar. Yolu dosdoğrudur, orta bir yoldur; təlimi gerçəkdir; sözü haqla batili müəyyən edər; ökmü ədalətin özüdür. Onu, peyğəmbərlərin göndərilməsinin arası kəsildiyi, xalqın yaxşı işlərdən uzaqlaşdığı, ümmələrin cahilliyə düşdüyü bir çağda göndərilmişdir...

...Ey Allahım, ona mənəvi kölgəndə geniş yer ver, xeyirlər üstünə xeyirlər ehsan et... Onun dərəcəsini müqabilində yüksəltdikcə yüksəlt, işığını parlatdıqca parlat...

«Nəhcül-bəlağə»dən
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930