Ayətullah Xamenei: Qərbdən elmi öyrənin, ancaq...
Müəllif: admin1
Tarix: 23-01-2019, 21:38
Ayətullah Xamenei: Qərbdən elmi öyrənin, ancaq...
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei İranın Elmi, Texnologiya və Araşdırmalar Mərkəzinin bəzi məsulları, o cümlədən Elm və Araşdırma naziri, İqtisadiyyat nazirliyinin rəsmi şəxslərini qəbul edib.

Görüş zamanı Ayətulah Xamenei ölkənin son 20 ildə əldə etdiyi elmi sahədəki nailiyyətlərin qorunub saxlanması, ən uca səviyyəyə çatana qədər sürətlə inkişaf etdirilməsini vacib sayıb.

Bu mövzuda çalışan araşdırmacılara xitabən Ayətullah Xamenei "Birincisi bu elmi inkişaf üçün Qərbin bütün qabiliyyətini istifadə edin, bu məsələdə tələbəlik etməkdən çəkinməyin. Biz bu mövzuda tələbəlik etməkdən deyil, ömürlük tələbə qalmaqdan nifrət edirik", -deyə əlavə edib.

Sözlərinin davamında İslam İnqilabının lideri deyib: "Qərbin planları ilə tövsiyələrinə əsla güvənməyin, onlara hər zaman tərəddüdlə baxın. Hal hazırda elm sahəsində ən böyük inkişaflara çatan Qərb tarix boyu milətlərə qarşı ən böyük cinayətlər işləyiblər."

"Əgər biz bu karvandan geri qalsaq, heç vaxt elmi zirvələrə çatmayacağıq. Odur ki, elmi sahədəki araşdırmalara heç vaxt ara verilməməlidir.", -deyə Ayətullah Xamenei daha sonra bildirib.
Oxşar xəbərlər
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930