Ürək dərmanı xərçəngə səbəb ola bilər
Mьəllif: admin1
Tarix: 14-04-2014, 13:01
Ürək dərmanı xərçəngə səbəb ola bilər


Ürək ritmini tənzimləyən bir dərmanın xərçəng riskini artıra biləcəyi müəyyən olunub.

Tayvanda aparılan araşdırma nəticəsində ürək ritmini tənzimləmək üçün tez-tez istifadə olunan, əsas təsiredici maddəsi amiodaron olan dərmanın çox yavaş həll olunduğu və uzun müddətli istifadədə çox böyük hissəsinin toxumalarda yığıldığı müəyyən olunmuşdur.

Amerikanın “Cancer” jurnalında yayımlanan araşdırmaya əsasən, 2,5 il ərzində bu dərmandan istifadə edən 6 min 418 xəstə müşahidə altında saxlanılıb. Nəticədə isə xəstələrdən 280-nin xərçəngə yoluxduğu məlum olub.

Dərmanı hər gün yüksək dozada istifadə edənlərin xərçəngə tutulma riskinin digər xəstələrdən 46% artıq olduğu bildirilir.

Alimlər başqa xəstəliklər də nəzərə alındıqda, bu təsiredici maddəni yüksək dozda istifadə edənlərin xərçəngə yoluxma riskinin aşağı dozada istifadə edənlərə görə ikiqat arta biləcəyi xəbərdarlığını edir.

Dr. Vincent Yi-Fong Su və qrupu bu maddə və xərçəng əlaqəsinin daha sonrakı tibbi araşdırmalarda təfərrüatlı olaraq öyrənilməsinin vacib olduğunu qeyd edir.

http://islaminsesi.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031