Klonlama və GMO
Müəllif: Admin
Tarix: 14-04-2014, 12:58
Klonlama və GMO


Uca Kitabımız Quran, nazil olduğu əsrdən bu yana insanlığı işıqlandıran uzaq görənliklərlə doludur. Kainatın genişləndiyi (Zariyat 47), barmaq izləri (Qiyamət 4), dağların yer üzünün sarsılmasını maneə törətdiyi (Ənbiya 31) və daha bir çox ayə. Quranda açıq şəkildə qeyd edilməsinə baxmayaraq biz bu elmi gerçəkləri müsəlman olmayan elm insanlarından öyrənirik.

Müsəlmanlar son dörd əsrdir qərbdən gələn məlumatları və kəşfləri olduğu kimi qəbul edir. Hazır götürməyimiz səbəbiylə, bu görüşlər faydalı olduğu kimi bəzən də zərərli təsirlərini göstərir. Müsəlman olmayan elm insanlarının iki kəşfindən danışacağam. Uca Tanrı bizə bu iki şey barəsində əsrlər əvvəl Quranda xəbərdar edir.

Klonlama. Başqa bir ifadə ilə bir heyvandan alınan hüceyrəylə bənzərinin yaradılması. 1990-cı illərdə Dolly adlı qoyunun klonlanaraq yaradılması səs-küyə səbəb olmuşdur. Bu əməliyyat üçün sperma və yumurta hüceyrəsindən ibarət olan normal embrion istifadə edilməmişdir. Nüvəsi çıxardılmış bir yumurta hüceyrəsiylə yenə eyni canlıya aid bir hüceyrənin nüvəsinin klonlanması nəticəsində artım reallaşmışdır. Anasının qulağından alınan hüceyrənin rəhmində genetik materialla birləşdirilməsiylə atasız olaraq çıxarılan Dolly bir çox etik mübahisə və müzakirəni də gündəmə gətirmişdir.

Quranın klonlamağa yanaşması isə, on dörd əsr əvvəldən bu günü xəbərdar etməkdədir:Nisa, 118-ci ayədə buyurulur: “Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam".” Həmçinin Nisa surəsinin 119- cu ayəsində buyurur: “Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.”

Şeytan, "… əmr verəcəyəm qoyunların qulaqlarını yaracaqlar. Allahın yaradışını dəyişdirəcəklər" deyir. Diqqət yetirilsə Dolly adlı qoyun, anasının qulağından alınan genetik materialla çıxarılmışdır. Hüceyrəni ala bilmək üçün qulaq yarılmışdır. Uca Tanrı bizi Quranda xəbərdar etmişdir. Şeytanın sözünü qəbul etməyimiz səbəbindən onun azğın yolunu izləməyimizin ziyana gətirib çıxaracağını bildirmişdir. Klonlama təcrübələri ilə ortaya risklər çıxmaqdadır. Çıxan risklər ümumi şəkildə belədir:

1) Yüksək müvəffəqiyyətsizlik nisbəti

2) İnkişaf sırasındakı problemlər

3) Anormal gen oxuma nizamı

4) Xromosom fərqlilikləri

Kopiyalama təcrübələrində, canlı hüceyrənin genetik maddəsi istifadə edilir, lakin döllənmə süni üsullarla reallaşdırılır. Bu üsullarla Uca Allahın yaratdığı artıma mexanizmi pozulmaqda və diaqnoz edilə bilməyən xəstəliklər, adi olmayan inkişaf pozuqunluqları və erkən ölümlərlə rastlanılmaqdadır.

Elm adamlarının kopiyalama edəcəklərinə və bunun müxtəlif çətinliklərə gətirib çıxaracağına 1400 il bundan qabaq Quran xəbər verməkdədir.

Genetik Modifikasiyalı orqanizmlər (GMO)

Elm insanları 25 il əvvəl, genləri DNT-dən ayıraraq başqa bir canlıya yerləşdirə biləcəklərini kəşf etdilər. Bir canlıdakı genetik xüsusiyyətlərin kopiyalanaraq, bu xüsusiyyətləri daşımayan bir canlıya köçürülməsi nəticəsində çıxarılan yeni canlıya Genetikası Dəyişdirilmiş Orqanizm (GDO) deyilir.

Xüsusilə 1980-cı illərdən sonra bitki biyoteknolojisi sahəsində əhəmiyyətli inkişaflar təmin edildi. İlk transgenik (genetikası dəyişdirilmiş) məhsul olan, uzun rəf ömürünə sahib Flavr Sovar pomidoru 1996-cı ildə rəflərdəki yerini aldı. Bunu, gen köçürülmüş qarğıdalı, pambıq və kartof izlədi. Bu üsulla əldə edilən bitkilər, dərmanlara ya da zərərlilərə qarşı daha müqavimətli olur. Bu da kimyəvi böcək dərmanlarının istifadə edilməsini azaldır. İndiki vaxtda qarğıdalı və pambığın zərərlilərə, paxlaya və kanolanın böcək dərmanlarına və balqabağın da viruslara qarşı müqavimətli olmasında GDO texnologiyası istifadə edilir.

Genlərə müdaxilə edərək bitkilərin ləzzət, bəsləyicilik ya da dayanıqlılıq kimi xüsusiyyətlərini inkişaf etdirmək mümkündür. İstənməyən vəziyyət və hadisələrə daha asan müdaxilə olunur. Genetiqası dəyişdirilmiş orqanizmlərin xüsusilə peyvənd və dərman istehsalında istifadə edilməsi əhəmiyyət qazanır. Susuzluğa dayanıqlı bitki inkişaf etdirmək işləri isə hələ də davam etməkdədir.

Qidaların genetikasının dəyişdirilməsi ilə əlaqədar müzakirələr davam edir ancaq genetikası dəyişdirilmiş məhsullar yeni deyil. İnsulin geninin donuzlardan alınıb bir bakteriyaya köçürülməsiylə diyabet xəstələrinə insulin təmin edilməsi mümkündür. Tiroid və böyümə hormonları genləri, heyvanlardan kəsilərək bakteriyalara köçürülür və hormon əskikliyi olan insanlar faydalana bilir. Şəkərsiz yeməklər istifadə edilən Aspartame maddəsi də GDO-lərdən çıxarılır. Ən əhəmiyyətlisi isə hepatit B peyvəndi başda olmaq üzrə bir çox dərmanlar GDO-lərdən əldə edilir.

Genetik müdaxilə ilə daha bol məhsul əldə edilməsi də nəzəri olaraq mümkündür. Bu xüsusiyyətlərindən ötəri, GDO-i müdafiə edənlər, bunun dünyada artan qida ehtiyacının qarşılanması mövzusunda cavab ola biləcəyini müdafiə edirlər. ABŞ Əkinçilik Nazirliyinin etdirdiyi bir araşdırma isə GDO-li məhsulların daha yüksək gəlir təmin etdiyinin ümumi bir doğru olaraq qəbul edilə bilməyəcəyini ortaya qoydu. Bu hesabata görə gəlirin daha yüksək olduğu bölgələr olduğu kimi daha aşağı olduğu bölgələr də var.

GDO-li bitkilərə edilən tənqidlərin əhəmiyyətli bir hissəsini də təbii ətrafa olan təsirləri ilə əlaqədardır. Əleyhdar fikirdəkilər GDO ehtiva edən məhsulların toxumları ətrafa qarışaraq təbii məhsullara təsir edib quruluşunu poza biləcəyini bildirirlər. GDO-li məhsulların təbii mühitə yayılması nəticəsində böcək əhalisinin mənfi təsirlənməsi və bütün ekosistemin çökmə ehtimalı da dilə gətirilən bir başqa tənqiddir. GDO-li məhsulların biyo müxtəlifliyi təhlükəyə atacağı və bioloji çirkliliyə səbəb olacağı da məşhur narahatlıqlar arasındadır.

Mübahisənin bir başqa tərəfi də iqtisadiyyatdır. Bu gün GDO-li qida istehsalı bir neçə şirkətin nəzarəti altındadır. Ənənəvi əkinçilikdə istifadə edilən bitkilərin toxumlarıyla bir sonrakı il yenidən məhsul almaq mümkündür. GDO-li əkinçilikdə isə bu mümkün deyil; istehsalçılar, firmalardan hər il toxum almaq məcburiyyətində qalırlar. Tənqidlərin ticarət və etikanın kəsişdiyi bir mövzu da patent mövzusudur. GDO-li bitkilərin patentinin haradasa hamısı şirkətlərin əlində var. Bütün insanlığa aid olan bir material olan DNTin xüsusiləşdirilməsi narahatlıq və mübahisə qaynağıdır.

Nisa sursəi, 119- cu ayədə buyurulur: “Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.”

Allah-təalanın xəbərdar etdiyi, şeytanın sapdırdıqlarının yolu olan klonlama və genetikası dəyişdirilmiş orqanizimlərdən uzaq olmaq, ağılın bizə göstərdiyi yoldur.
Oxşar xəbərlər
«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031