Unutqanlar üçün 9 qısa məsləhət
Mьəllif: admin1
Tarix: 9-02-2023, 22:53
Unutqanlar üçün 9 qısa məsləhət
Gündəlik həyatın yorucu məşğuliyyəti yaddaşsızlıq problemlərinə səbəb olur.

Mütəxəsislər yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün 9 sadə, yalnız mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər.

1) Açar, eynək kimi əşyalarınızı hara qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə adət etdirin.

2) Həmişə qeydiyyat aparın. Xüsusilə telefon nömrələrini və ya digər yazılı şeyləri yadda saxlamaqda əziyyət çəkən şəxslərin qeydiyyat aparmaları çox mühümdür.

Yazdığınızı kağızları daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək.

3) Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn öz-özünüzə "Qazı bağladım" deyin.

Bu sizə daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.

4) Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səs yazan diktafonlar ola bilər.

5) Vizual obrazlardan istifadə edin. Bir nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı yaddınızda saxlayın.

6) Xatırlanması lazım olan məlumatları qruplaşdırın. Məsələn; siyahıda olan adları qısa şəkilə salın.

Və ya bəzi texnikalar vardır ki, həmin texnikalara istədiyin məlumatın baş hərfini yazdıqda həmin məlumatı sənin üçün hazırlayır.

Bundan əlavə, məlumatları hekayələrlə yadda saxlamaq da bu kateqoriyaya aiddir.

7) İstirahət edin və əsəblərinizin sakit olmasına çalışın. Bir çox ekoloji faktorlar diqqətinizi dağıda bilər.

Yeni bir məlumat öyrəndikdən sonra həmin məlumatı yaddınızdan çıxardan faktorlaran uzaq olun.

8) Yuxu rejiminizə diqqət edin. Yuxu əsnasında beyin, əldə etdiyinizi yeni məlumatları gücləndirir.

Araşdırmalara görə, normal gecə yuxusunda sonra insanlar əvvəlki məlumatları daha rahat xatırlayırlar.

9) Ən sonda, əgər bu deyilənlər sizin köməyinizə çatmasa, onda dərhal həkimə müraciət edin.

Depressiya, eşitmə və görmə problemi, bəzi dərmanlar, vitamin çatışmazlığı və stress kimi hallar yaddaşsızlığa səbəb olan amillərdəndir.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031