XƏRÇƏNGƏ TUTULMAQ İSTƏMİRSİNİZSƏ...
Mьəllif: admin1
Tarix: 14-04-2014, 12:41
XƏRÇƏNGƏ TUTULMAQ İSTƏMİRSİNİZSƏ...


Manqalda bişirməmişdən əvvəl ətə ədviyyat vurmaq xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır

Alimlər yay mövsümündə manqaldan istifadə etməyə hazırlaşanlara maraqlı açıqlamalar verib. Onların bildirdiyinə görə, əti manqalda bişirməmişdən əvvəl ədviyyatla süsləsələr xərçəng riskini kifayət qədər azaltmış olaralar.

ABŞdakı Kanzas Universiteti tərəfindən aparılan araşdırmada məlum olub ki, manqalda bişirilən ətlər qısa müddətdə yüksək dərəcəli istiliyə məruz qaldıqda və kanserogenik təsir göstərən heterosiklik amin (HCA) molekullarının meydana gəlir. Alimlər isə bunun qarşısının alınmasının ən yaxşı yolu kimi ədviyyatları məsləhət bilirlər.

Zirə, keşniş, Çin zəncəfili və rozmarin kimi ədviyyatların HCA yaranmasının azalmasındakı rolunu araşdıran alimlər, xüsusilə rozmarinin bu sahədə olduqca təsirli olduğunu söyləyirlər. Onlar ədviyyatın HCA yaranmasını 40 faiz azaltdığını düşünürlər.

Alimlər, digər ədviyyatların təsirlərini də araşdıracaqlarını bildirirlər.

Aysel
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930