Gündə 15 ədəd püstə yeməyin faydaları açıqlanıb
Mьəllif: Admin
Tarix: 28-12-2021, 13:36
Gündə 15 ədəd püstə yeməyin faydaları açıqlanıb
Püstə yüksək kalorili və yağlı məhsuldur, lakin ürək-damar sisteminin işini yaxşılaşdırmaq, metobolizmi və maddələr mübadiləsini sürətləndirmək üçün qida rasionuna daxil edilməlidir.

İnterAz oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq Tatyana Razumovskaya məlumat verib.

Onun sözlərinə görə, püstənin tərkibindəki əsas elementlərdən biri B7 və ya biotindir ki, bu da zülalları mənimsəməyə, yağları yandırmağa imkan verir, yəni maddələr mübadiləsində açardır.

“Əgər biotin kifayət etmirsə, saç və dəri əziyyət çəkir, depressiv əhval-ruhiyyə yaranır, “pis” xolesterol qanda arta bilər”, - deyə dietoloq bildirib.

Mütəxəssis həmçinin püstənin tərkibində yüksək miqdarda kalium və maqneziumun qan damarlarını gücləndirməyə və ürək döyüntüsünü normallaşdırmağa kömək etdiyini vurğulayıb.

“Püstənin faydalarını artırmaq üçün gündə 15 ədəd yemək tövsiyə edilir. Uşaqların isə yeddi püstədən çox yeməməsi daha yaxşıdır”, - deyə Korableva məsləhət görüb.

Həkim eyni zamanda bir çox qoz-fındıq kimi püstənin də allergiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Yeri gəlmişkən qeyd edək ki, antioksidantlarla zəngin olan püstə həm də orqanizmdə qocalma prosesini ləngidir, hüceyrələrin və dərinin cavanlığını qoruyur.

Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir. Bundan başqa qaraciyərə, nəfəs yollarına, gözlərin sağlamlığına müsbət təsir edir.

Püstə həmçinin afrodiziakdır - kişilərdə potensiyanı yaxşılaşdırır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930